Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2017
10:50
303
Avropa Birliyində hava çirklənməsi hər il yüz minlərlə insanı öldürür

Avropa şəhərlərində yaşayan insanların hava çirklənməsinə məruz qaldığı, bunun hər il təxminən 400 min adamın vaxtından əvvəl ölümünə səbəb olduğu açıqlanıb.

FaktXəbər-in məlumatına görə, Avropa Ətraf Mühit Agentliyi (EEA) "Avropada Hava keydiyyəti-2017" hesabatını yayıb. Hesabatda hava çirkliliyinə ən çox nəqliyyat, kənd təsərrüfatı, enerji stansiyaları, sənaye və evlərdəki gündəlik işlərin səbəb olduğu qeyd edilib.

Hesabatda fikirlərinə yer verilən EEA baş direktoru Hans Bruyninkx, "Hamılıqla hava çirklənməsinə səbəb olan şeylərdən imtina etməliyik. Təmiz nəqliyyat, enerji və kənd təsərrüfatı üçün qətiyyətli və ağıllı investisiyalar etsək, hava çirkliliyi ilə mübarizə apara, həyat səviyyəmizi yüksəldə bilərik. Şəhərlərdə yaşayan insanlar da təmiz hava ilə tənəffüs almaq hüququna malikdir", - deyə bildirib.

Hesabatda bildirilir ki, çirkli hava şəraiti Avropa Birliyində (Aİ) ildə təxminən 400 min, Avropa miqyasında isə 500 min nəfərin vaxtından əvvəl ölümünə səbəb olur.

Avropadakı hava səviyyəsində həyata keçirilən işlər və texnoloji proseslər nəticəsində keçmiş illərlə müqayisədə irəliləyiş olduğuna diqqət çəkilən hesabatda, hazırda hava çirklənməsinin Avropada yaşayan insanların sağlamlığına ciddi ölçüdə təsir göstərdiyi vurğulanıb.

Hesabatda göstərilir ki, hava çirklənməsi yolu ilə insan sağlamlığına ən çox zərər verənlər arasında bərk qırıntılı maddələr, azot dioksid və ozon var.

Məqalədə : hava çirkliliyi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru