Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

26 Avqust

2017
21:56
1856
Autizm sindromunu dəf etdi, uğurlara imza atdı - 10 yaşlı vunderkind - - VİDEO

10 yaşı olsa da, biliyinə və savadına görə yaşıdlarından çox fərqlənir.

Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan Anar Ramazanov 7 yaşına kimi danışmayıb. Valideynləri onu həkimə apardıqda isə məlum olub ki, uşaq autizm xəstəliyinin daşıyıcısıdır.

Amma autizm xəstəliyinə qalib gələn 10 yaşlı Anar danışmağa başlayandan bir neçə gün sonra oxumağa başlayıb.

Valideynləri isə bildirir ki, heç kim ona hərfləri və oxumağı öyrətməyib. Atası deyir ki, Anar hazırda Azərbaycan, ingilis və rus dillərində oxumağı, yazmağı və danışmağı bacarır.

Anar zehninə görə məktəbdə də öz yaşıdlarından seçilir. 3 ildir dil açmasına baxmayaraq o, məktəbdə bir neçə dəfə fənn olimpiadalarının qalibi olub.

Ən çox sevdiyi fənlər isə Coğrafiya, Riyaziyyat, Kimya və İnformatikadır. Dərslərindən başqa Anarın idmana da marağı böyükdür.

Biz isə inanırıq ki, gələcəkdə Anar ölkəmizi daha böyük, dünya səviyyəli olimpiyadalarda və bilik yarışlarında təmsil edəcək və hansı peşəni seçməsindən asılı olmayaraq onun öhtəsindən layiqincə gələcək. (Xezerxeber)

Məqalədə : autizm vunderkind 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru