Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Oktyabr

2016
20:43
992
Aşura günü qanvermə aksiyasında nə qədər qan toplanıb?

Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilmiş qanvermə aksiyası başa çatıb.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, qanvermə aksiyasında ümumillikdə 4 141 nəfər iştirak edib.

Onun sözlərinə görə, nəticə etibarilə 1863,3 litr qan yığılıb: "Qanvermə aksiyasının ən fəal olduğu məscidlər "Təzəpir" və "Mir Mövsüm Ağa" məscidləri olub".

Qeyd edək ki, bu gün Aşura münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiya 15 məscid, Mərkəzi Qan Bankı və onun Quba və Şirvanda olan bölmələrində baş tutub.  (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru