Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 İyun

2017
16:32
1040
ATU-nun Tədris Terapevtik Klinikasında keçirilən iki günlük pulsuz aksiya başa çatdı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ramazan bayramı ilə əlaqədar keçirilən 2 günlük ödənişsiz aksiya başa çatıb.

Bu barədə FaktXəbər-ə Azərbaycan Tibb Universitetindən bildirilib.

Aksiya barədə fikirlərini bölüşən ölkənin Baş nefroloqu, professor Mehman Ağayev müayinəyə gələn insanlar içərisində daha çox gecikmiş patalogiya ilə müraciət edənlərin olduğunu bildirib: “Böyrəklərin iltihabi xəstəlikləri, şəkərli diabet və arterial hipertenziya nəticəsində böyrəklərin zədələnməsi ilə müayinəyə gələnlərin üstünlük təşkil edir. Müşahidəmdən onu deyə bilərəm ki, insanlar vaxtında və zamanında həkim müayinəsinə gəlməkdən sanki qorxurlar. Belə olduğu halda xəstəliklər daha ağır formada özünü büruzə verir və nəticədə böyrəklərin itirilməsinə qədər gətirib çıxarır”.

Professor onu da qeyd edib ki, Ramazan bayramı ərəfəsində keçirilən bu aksiya çox böyük önəm daşıyır: “Bu həm səhiyyəmizə, həm də ölkə əhalisinə göstərilən xidmət olaraq, böyük önəm kəsb edir. Bu gün həkim kimi insanlarımıza daha çox lazımlı olduğumu və mənəvi rahatçılıq tapdığımı hiss etdim”.

Azərbaycan Tibb Universitetinin prorektoru, dosent, uşaq nefroloqu Rauf Bəylərov da öz növbəsində aksiyanın maddi vəziyyəti aşağı olan insanlara köməklik baxımından vacib olduğunu vurğuladı.

“Baxış keçirilən uşaqlar arasında elə də ciddi xəstəlikləri aşkar etmədik. Onlardan çoxunu analizlərə göndərdik, çünki, böyrəklərə birdən-birə diaqnoz qoyulması qətiyyən doğru deyil. Bu analizlərin nəticəsindən asılı olaraq həmin uşaqlara müvafiq dərman vasitələri də tətbiq olunacaq. 

Bu gün bir daha qəbul edilən qız uşaqları arasında sidik yolları infeksiyasının, digər uşaqlar arasında isə qəbizlik və sklerozun geniş yayıldığının şahidi oldum. Qız uşaqları arasında sidik yolları infeksiyasının yayılmasının əsas səbəblərindən biri də gigiyenik qaydalara əməl olunmamasıdır. Buna görə də qız anası olan valideynlər bu kimi məsələlərdə çox diqqətli olmalıdırlar”. 

R. Bəylərov həmçinin aksiyaya Türkiyədə və Qazaxıstanda yaşayan azərbaycanlıların da qatıldığını bildirdi. 

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru