Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

18 Aprel

2017
10:32
827
ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək

"ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edilib və o, dəvəti məmnuniyyətlə qəbul edib".

Bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini Azay Quliyev deyib.

A.Quliyev əlavə edib ki, yaxın zamanlarda rəsmi dəvət qarşı tərəfə çatdırılacaq: "Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Mən bu məsələni bir daha xanım Muttonenə çatdıracam və konkret tarixi də müzakirə edəcəm. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirən Kristina Mittonen də yaxın aylarda Azərbaycana səfər edəcək".
O xatırladıb ki, keçən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K. Muttonenlə görüşüb və iki tərəflər arasında əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib. A. Quliyev əlavə edib ki, Sankt Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir. (Report)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 02:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru