Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

16 Dekabr

2016
10:26
722
ATƏT PA-nın qış sessiyasında Qarabağ müzakirə olunacaq

ATƏT-in Parlament Assambleyasının (PA) fevral ayında keçiriləcək qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq.

Bunu  Mlli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, qış sessiyasında iştirak etmək məqsədi ilə Azərbaycan nümayəndə heyəti gələn il fevral ayının 2-ci ongünlüyündə Avstriyanın Vyana şəhərinə səfər edəcək:

“Gündəliyə daxil edilib-edilməməsindən asılı olmayaraq, Dağlıq Qarabağ problemi birmənalı şəkildə müzakirə predmeti olur. Sessiyada ilk növbədə Azərbaycan nümayəndələri, eyni zamanda digər parlamentarilər bu məsələni qaldırırlar və münaqişənin ədalətli yolla həll edilməsinin vacibliyini iştirakçılara çatdırırlar. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi yenə də gündəlikdə olacaq”. (Trend)

Məqalədə : ATƏT PA Qarabağ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 09:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru