Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

10 Mart

2017
11:49
577
Atlı qız Facebook sayəsində yolda qalan sürücünü xilas etdi-FOTO

Kanadada çərşənbə axşamı günü baş verən hadisə hər kəsdə maraq doğurub. Belə ki, Facebook-da canlı yayımda yük maşını sürücüsünün  Brandon şəhəri yaxınlığında çətin vəziyyətə düşdüyünü görən qadın, atına minərək ona isti qəhvə və yemək gətirib. 

Buz və qarın üstündə 4 km yol qət edən 18 yaşlı  Eylin bununla bağlı deyir: «Düşündüm ki, mən nəsə etməliyəm. Termosa qəhvə tökdüm və atı yəhərlədim».

Məlum olub ki, sürücü  Vinniqep sakini  Piter Duqlasdır. O, Brendon  şəhərindən Buseveynə gedirmiş və yolun yarısında əlverişsiz hava şəraitinə görə, çətin vəziyyətə düşüb. Lakin Duqlas ümidini itirməyib: «Ailəm, rəhbərliyim və Facebook istifadəçiləri mənim harda olduğumu  bilirdilər».

Sürücü bütün gecəni avtomobildə keçirir, səhəri isə xoş sürprizlə qarşılaşır: «İlk gördüyüm şey at üstündə gənc qız idi. O, mənə isti qəhvə gətirmişdi», - deyə o, bildirir. Qız ikinci dəfə ona su və yemək gətirəndə isə daha çox təəccüblənir…

Facebook istifadəçilərindən biri bu xilasedicinin fotosunu skrinşot edib və şəkil bütün şəbəkədə yayılıb.

Eylin isə sadəcə kömək etmək istədiyini, onun və atının bu qədər diqqət çəkəcəyini düşünmədiyini deyir.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com