Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 İyul

2017
17:27
2714
Aslan İsmayılov İcra Hakimiyyətinin iddiasına cavab verdi - FOTO

Bir neçə gündür vəkil Aslan İsmayılovun sosial şəbəkədəki paylaşdığı park məsələsi gündəmdən düşmür. Görüntüdə vəkil oğlunun toyundan sonra "İntourist" mehmanxanasının yuxarı hissəsində öz vəsaiti hesabına saldığı "Vaqif & Gülyaz" parkından - vaxtı ilə sürüşmə baş vermiş Bayıl yamacında aparılan işlərdən danışır. 

FaktXəbər-in məlumatına görə, məsələ kifayət qədər ciddi səs-küy yaratdığından, Səbail Rayon İcra Hakimiyyəti buna reaksiya verib. İcra Hakimiyyətindən verilən açıqlamada bildirilir ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı İlham Əliyevin tərəfindən Şıx yamacından Bayıl yamacı istiqamətində böyük  sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar verilib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə "Şıx" yamacında böyük “Ekoloji park” yaradılıb və Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib, damcı üsulu ilə ağaclara qulluq gösrərilir: "Aslan İsmayılovun yayımladığı video materialadakı görüntülərdən aydın bilinir ki, burada işlələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparır. Yəqin ki, Aslan İsmayılov dövlət qurumları tərəfindən ərazidə aparılan geniş miqyaslı işlərə öz adını yazmaqla  özünü gündəmdə saxlamağa çalışır və cənab Prezidentin  rəhbərliyi ilə aparılan geniş miqyaslı işlərə özünü əlavə etmək istəyir. Bu da bizdə böyük təəccüb hissi doğurur."

Qeyd edək ki, İcra Hakimiyyətinin yayımladığı şəkillər Şıx yamacına aiddir. Aslan İsmayılov isə parkı Bayıl yamacında salıb.

İcra Hakimiyyətinin bu açıqlaması ilə əlaqədar FaktXəbər-a açıqlama verən vəkil Aslan İsmayılov bildirib ki, gördüyü işlə bağlı kimin şübhəsi varsa gedib parkla yerində maraqlana və ərazidə olan insanlardan parkı kimin salması ilə maraqlana bilər. 

Məqalədə : Aslan İsmayılov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru