Tarix:03-01-2017 19:01
Aslan İsmayılov Qüdrətdən, İlyasdan, Əlidən və İsadan danışdı
"Ermənilər fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik"
Şərh yaz
FaktXəbər-in məlumatına görə, tanınmış vəkil Aslan İsmayılovun bakipost.az-a müsahibəsində çox maraqlı məqamlara toxunaraq, ölkə gündəmində olan mövzulardan və siyasi səhnədə olan şəxslərdən danışıb, müəyyən ittihamlar səsləndirib.
 
- Aslan müəllim, son ayların ən qalmaqallı adamlarından birisiniz. BAXCP sədri Qüdrət Həsənquliyevlə bağlı sərt çıxışlar etdiniz - qarşı tərəf sizi məhkəməyə verdi. Bu məsələ bitməmiş deputat Fəzail Ağamalı, daha sonra Etibar Məmmədova hücuma keçib, onları aşağılayan ifadələr işlətdiniz. Eyni zamanda bir iş adamı ilə qarşılıqlı ittihamlarınız var. Nə baş verir? Bütün bunlar bir prosesin tərkib hissələridir, yoxsa, bu təsadüfən belə alınıb?
 
- Heç nə təsadüfi deyil. Mən indiyə kimi heç nəyi nə təsadüfən, nə də şəxsi maraq üçün etməmişəm. Sadəcə olaraq, mən ədalətsizliyə dözə bilmirəm. Mən Bakıya 1989-cu ildə gəlmişəm. Burada yüksək vəzifələrdə işləmişəm, meydan hərəkatından tutmuş, bu günə qədər  bütün proseslər gözümün önündə olub, bəzi vacib məsələlərin iştirakçısı olmuşam.
 
İndi özlərini qəhrəman hesab edənlərin hamısının "dabaqda gönünə bələdəm”. Mən Etibar Məmmədovu 89-dan - mitinqlərdən tanıyıram. Onda milli qəhrəman olmuşdu. Özüm onu sevə-sevə dinləmişəm. Amma sonra məlum oldu ki, bu adam dağıdıcıdır. 91-də Etibar AXC-ni bir hərəkat olaraq parçaladı və başladı bu təşkilatın içərisində qarşıdurma yaratmağa. Bir qədər keçdi, Rəhim Qazıyev məsələsi gündəmə gəldi, Milli Məclisin qapalı iclası keçirildi və o, vətənə xəyanətdə suçlandı, ona görə də istefa verdi. Həmin vaxt Etibar Məmmədov Rəhimi müdafiə edirdi. Bir qədər sonra Surət Hüseynov məsələləri ortaya çıxdı. Açıq görünürdü ki, Rusiya Surətin əliylə milli hökuməti yıxır, Elçibəyi devirmək istəyir. Onda da Etibar Məmmədov Surət Hüseynovun müdafiəsinə qalxdı. Bacarıqsız olmasına baxmayaraq, milli hakimiyyəti yıxmağa başladı.
 
Etibar Məmmədovla yanaşı Nemət Pənahlı və Şadman Hüseynov müdafiəçi qismindəydilər. Həmin vaxt Elçibəy də, İsa Qəmbərov da bu adını çəkdiyim şəxsləri satqınlıqda, vətənə xəyanətdə açıq ittiham edirdilər. Sonra bu proseslər yaddan çıxdı, başqa proseslər başladı. Hər şey xalq tərəfindən unuduldu, bunlar yenə maydan oxumağa başladılar.
 
98-ci ildə bu adam yenidən meydana gəldi, prezident seçkilərinə qatıldı. Həmin vaxt hakimiyyət dəyişikliyinin olması real idi. Amma Elçibəy və İsa Qəmbər seçkilərdən geri çəkildilər, Etibar Məmmədov qaldı tək. Bu dəfə onlar Etibarı satdılar. Ondan sonra başladı parlament alveri. 95-də Əli Kərimlinin dəstəsi getdi parlamentə, 2000-də yenə AXCP parlamentdə təmsil olundu. Sonra Əli Kərimli hakimiyyətlə əlaqələri kəsdi. Bundan sonra İsə Qəmbərin dəstəsi hökumətlə razılığa gəlib parlamentə qatıldılar, mandat aldılar. Bir sözlə, Heydər Əliyev dönəmində hakimiyyətə satılmayan adam qalmadı. Bir dəfə bu oynadı, bir dəfə o...
 
 Bu proseslərin hamısı mənim gözümün önündə baş verib. Ona görə də, kimsə gəlib özünü başqa cür təqdim edəndə dözmürəm. Onların bu yeni nəslə yalan danışmalarına imkan vermək olmaz. Mənim heç vaxt siyasi iddiam olmayıb, olmayacaq da. Bu məsələləri ona görə deyirəm ki, bilirəm, 10-20 il sonra bu prosesin iştirakçılarının gorunu söyəcəklər. Satqınları da söyəcəklər, durub susanları da. İstəmirəm mənə "gorbagor” desinlər. İstəyirəm desinlər ki, bir kişi var idi, hər dəfə çıxıb olanları deyirdi, satqınları ifşa edirdi.
 
- Hadisələrin üstündən bu qədər vaxt keçib. Etibar Məmmədov siyasətdən tam kənardadır. Sizə qarşı münasibətin bu qədər kəskin olduğu vaxt niyə yenidən həmin məsələlərə qayıdırsız?
 
 - O gün təsadüfən mətbuatdan oxudum ki, Etibar yenidən siyasətə qayıdır, Baş nazir olmaq istəyir. Ona görə elə belə yazdım. Sonrakı yazılar göstərdi ki, elə belə yazdıqlarım tam ünvana dəyib. Bu yenə meydana girib gəncləri aldatmaq istəyir. Gənc nəsil də baş verənləri bilmədiyindən bunlara yenidən inana bilər.
 
 
- Sizcə, bu mümkündürmü?
 
- Müstəqillik tarixinə nəzər salsaq görərik ki, bizim xalq çox sadəlövhdür və onu aldatmaq elə də çətin deyil. Rusiya öz mövqelərini möhkəmləndirən kimi Etibar Məmmədov, Rəhim Qaziyev və başqaları fəallaşır. Mətbuata fikir verin və dediklərmin şahidi olun. Bax indi həmin proses gedir.
 
- Bəlkə Qüdrət Həsənquliyevin Rusiya, İlham Rəhimovla bağlı dediklərinin kökündə elə bu proseslərin getməsindəndən qaynaqlanan narahatlıq dayanır? Siz də durub onu ittiham edirsiz...
 
- Səmimi deyirəm, əgər bilsəydim o yazı belə bir ajiotaj doğuracaq, mənim fikirlərimi o yönə istiqamətləndirəcəklər, heç vaxt həmin statusu yazmazdım. Mənim Qüdrət Həsənquliyevlə bağlı heç bir problemim yoxdur.
 
- Yəni Q.Həsənquliyevlə konfliktə getmək istəməzdiniz...
 
- Yox, əsas məsələ Qüdrət deyil. O mənimçün heç kimdi. Mənim o statusumu elə yozdular ki, guya, mən İlham Rəhimovu müdafiə edirəm, onun diqtəsiylə yazmışam. Mən özümü İlham Rəhimovdan qat-qat üstün sayıram. Mən dəyərimi bilən kişiyəm. Mən kiməsə qulluq edəsi olsaydım, elə gedib ölkənin Prezidentinə qulluq edərdim. Niyə gedib İlham Rəhimova qulluq edirəm? O baxımdan deyirəm ki, istəməzdim. Yoxsa Qüdrət mənimçün heç kim olub, indi də heç kimdi, gələcəkdə də heç kim olacaq. Sadəcə o fikirləri deməkdə məqsədim, hədəfim Qüdrət olmayıb.
 
Onu niyə hədəfə alım ki? Guya, kim bilmir ki, Qüdrətin dedikləri öz fikirləri deyil. Ona deyirlər belə danış, o da çıxıb danışır, kiminsə fikirlərini çatdırır. Yoxsa Qüdrət İlham Rəhimova - Putinin dostuna qarşı gedə bilər? Bunu hamı bilir ki, Qüdrət hakimiyyətdə müəyyən qrup adamların fikirlərini deyir. Mən bunu bilə-bilə Qüdrəti ittiham eləmərəm. Mənim aqresiyam Qüdrətə yox, onu danışdıran adamlara idi ki, qardaş düz eləmirsiz.
 
 
- Nəyi düz eləmirlər?
 
- Qarabağın açarı olan Rusiya ilə münasibətləri bu şəklə salmaq olmaz. Putinə söz deyə bilən və bununla bizim ən böyük problemimizin həllinə yardımçı ola biləcək adamı ittiham etməyin, əksinə, ondan istifadə edin. Bir baxın da ermənilərə. Nümunə götürün də. Öz təbliğləri üçün bütün vasitələrdən, bütün imkanlardan istifadə edirlər. Gedib Kim Kardaşyanı gətirirlər. Fahişə gəlib Ermənistanın prezidenti ilə görüşdü və milli qəhrəman oldu. Niyə belə etdilər? Ona görə ki, ondan müəyyən məsələlərin təbliği üçün istifadə də bilsinlər. Onlar fahişəni milli qəhrəmana çevirirlər, biz isə İlham Rəhimov, Vahid Ələkbərov kimi adamları özümüzdən incidirik...
 
Mən hələ 94-cü ildə Prezident Aparatında işləyəndə "Azərbaycan” qəzetində bir səhifəlik yazı ilə çıxış etmişəm. Demişəm ki, mütləq Azərbaycanın diasporu yaradılmalıdır. Və o zaman öz imkanlarımdan istifadə edib müəyyən işlər də görmüşəm. Yəni bu məsələləri bilən, diqqət edən adamam. İlham Rəhimov sıradan bir adam deyil. Siz bunu niyə gözümçıxdıya salmısız? Niyə ondan düşmən düzəldirsiz? Mənim dediklərimin qayəsində bu olub ki, bunu özünüzdən uzaqlaşdırmayın, əksinə, istifadə edin. Yazmışdım ki, xaricdə yaşayan imkanlı, nüfuzlu adamları niyə didərgin salırsız? Niyə erməni fahişəni gətirib qəhrəman edib, sonra da ondan istifadə edir, siz isə Qarabağ probleminin açarını əlində saxlayan bir kişinin yanına gedə, onunla yeyib-içən adamı burdan diksindirirsiz?
- Amma hər kəsə bəllidi ki, İlham Rəhimovla yaxın münasibətləriniz var. Uzun illər bir yerdə olduğunuz "Ədalət Partiyası”nın  sədri İlyas İsmayılovla aranız dəyən kimi onunla kəskin münasibətlərdə olan İ.Rəhimovla yaxınlığa başlamısız... Demək istəyirəm ki, Qüdrət Həsənquliyev barədə yazdıqlarınızın Rəhimovun müdafiəsi kimi anlaşılması bir qədər də təbiidir.
 
- Gəlin belə danışaq. Yenə deyirəm, mən heç kimi özümdən artıq kişi hesab eləmirəm! Düzdür, vaxtilə İlyas İsmayılovla çox yaxın dost olmuşam. Amma bu gün tamam pis münasibət var. Düzdü, mən İlyas İsmayılovla yaxın olanda, onun İlham Rəhimovla münasibətləri çox pis olub. İlham həmişə mənə xoş münasibət bəsləsə də, mən ona qarşı aqressiv olmuşam və bunu aşıq nümayiş etdirmişəm, özü də İlyasa görə. İndi bəziləri öz şərəflərinə uyğun olaraq, mənə şər atırlar, deyirlər ki, guya mən onu "kaşelyoka”-filana dəyişmişəm. Mən heç kimi heç nəyə dəyişməmişəm. İlyas İsmayılov mənə xəyanət edib! Ona görə də onunla münasibəti kəsmişəm. Mən 20 il ərzində onun bir sözünü iki eləməmişəm. Həyatda elə adam tanımıram ki, ona mənim qoyduğum hörməti qoysun...
 
Yəni məsələlərin dostluğa dəxili yoxdur. Mən haqqı deyirəm, kim necə qanır, özü bilər. Hərə öz dünya görüşü, əxlaqına uyğun şəkildə nəyisə qavrayır. Mən prinsiplərimi qarına dəyişənlərdən deyiləm.
 
- BAXCP ilə qarşıdurmadan sonra İlham Rəhimovla əlaqəniz, söhbətiniz olubmu?
 
- Bəli. Bir dəfə görüşmüşük.
 
- Nə deyir, bu məsələlərə reaksiyası necə oldu?
 
- Açığı deyim ki, mən bu gün içimdə İlham Rəhimovdan narazıyam. Ona görə ki, məndən çox onu söyürlər və o susur. Onun imkanı da mənimkindən dəfələrlə çoxdu. Bəs niyə çıxıb birinə cavab vermir?! Ortalıqda mən qalmışam. Bilirsən ki, mən prinsiplərimlə ilə bir yerdə səni də sən demədən, kişiyana müdafiə etmişəm! Bir reaksiyan olsun da!
 
- Hər halda bilir ki, sizi məhkəməyə veriblər... Nə deyir bu barədə?
 
- Görüşəndə dedim. O isə dedi ki, əşi boş ver, məhkəmə söhbətləri boş seydi. Elə bu da mənim xətrimə dəydi. Ola bilər səninçün boş seydi, amma axı mənə ağızlarına gələni deyirlər... Onun imkanları, işçiləri var. İstəsə mənə olan hücumların qarşısını aldıra bilər. Qalmışam bir ordunun qabağında tək. Hamısını qısqırdırlar üstümə. Bu qədər təhqirlərə dözmək elə bilirsiz asandı? Ola bilsin o ifadələrə layiq olanlar üçün bu asandır. Mən özümü zorla saxlayıram. İki oğlum var, onları da zorla saxlayıram. Xaricdə yaşasalar da zorla qarşılarını alıram. Arada istəyirəm, gedib öldürəm o alçaqları. Bu da mənə yaraşmaz.
Düzdü, məni söyənlərin hamısını vermişəm məhkəməyə. Amma məhkəmələr də sifariş alıb, iddialarımı müxtəlif bəhanələrlə götürmür.
 
- Kimlərdi onlar?
 
- Elçin Mirzəbəyli, Niyaməddin Orduxanli, Taleh Şahsuvarlı, Əli Həziquliyev...
 
- Bəs belə çətinliklərlə üzləşdiyiniz bir vaxtda, niyə başqalarını da prosesə qoşdunuz? Məsələn, Fəzail Ağamalını...
 
- Onunla necə odu, heç yadımda deyil. Yəqin təsadüfi olub.
 
- Bayaq dediniz heç nə təsadüfi deyil, ona görə soruşdum...
 
- Təsadüfi o baxımdan ki, mənim Fəzail dərdim yoxdu. Fəzailin hansı yuvanın quşu olduğunu hamı yaxşı bilir. Onun keçmişi də, indisi də... Mən həmin yazımda tək Fəzaildən söz açmamışdım. Biləsuvarda camaat ayağa qalxanda mən deputatların siyahısına baxdım. Dedim hamı Vahid Əhmədov deyil ki, Qubada narazılıq olanda xalqın qarşısına çıxsın, ağsaqqallıq eləsin. Fəzail və bir neçəsinin adını çəkib sual etmişdim ki, bu adamlar xalqın qarşısına çıxa bilərlər? Bunların işi xalqın yanında olmaq deyil, Milli Məclisdə tapşırıq yerinə yetirməkdir. Sonra da o mənə zəng elədi, hədə diliylə danışdı, "odboy” verdim. Əslində onun zəngi də, danışıq tərzi də göstərir ki, millət vəkilliyinə aidiyyəti yoxdur. Qanunverici orqanda əyləşən adam necə hədə dilində, küçə ifadələriylə danışa bilər? O Azərbaycanda nəyi təbliğ edir? "Oğruları”, cinayətkar aləmin adamlarını. Buna deputat demək olarmı?
Qaldı Etibar Məmmədova, onun da kim olduğunu hamımız bilirik.
 
- Bütün bunlar az qala hamıda belə bir fikir formalaşdırır ki, Aslan İsmayılov intriqaçıdır, qalmaqalı sevir... 
 
- Mən elə adam deyiləm. Səmimi deyirəm bu cür adamlardan da zəhləm gedir. Əlavə olaraq bildirim ki, buna sağlamlığım da imkan vermir.
 
- Eyni vaxtda hamıya, xüsusən eyni regionun adamlarına cəbhə açmaq, həm də xüsusi bir məqsədin olması fikri də yaranır...
 
- Həmin adamların eyni regiondan olması ağlıma gəlməyib. Yeni informasiya oldu. Qaldı ki, məqsəd məsələsinə, vallah-billah heç bir məqsədim yoxdu. Mənim elədiklərimin 99 faizi balalarıma, bir faizi millətimə görədi. Mən istəmirəm nə vaxtsa, mən öləndən sonra mənim balalarıma mənim haqqımda da gorbagor desinlər.
 
- Bu proseslərin axırı nə ilə qurtaracaq sizcə?
 
- Bəlkə də öldürəcəklər... Qarşıda məni hansı təhlükələrin gözlədiyini bilən adamam. Tutula da bilərəm, öldürülə də bilərəm. Amma bunun heç biri məni qorxutmur. Artıq 60-a yaxınlaşıram Bu günə kimi şərəflə yaşamışam. Həyatda olan bütün iddialarımı təmin etmişəm. Kişi kimi də ölmək istəyirəm. Hörmət elədiyim vəkil Adil İsmayılov bir dəfə mənə dedi ki, səni öldürəcəklər, o qədər düşmən qazanmısan kimin öldürdüyünü müəyən edə də bilməyəcəyik.
Bu gün məni söyənlərin hamısını alın siyahıya. Yadda saxlayın. 20 ildən sonra onların harda olduğuna da baxarsız, mənim də.
AXC şinelindən çıxanların hamısı zəhərə bulaşıb. O qədər intriqalar, boş-boş qalmaqallar görüblər ki, heç istəsələr də başqa cür ola bilməzlər. Vaxtilə Əli, İsa Rəhim Qazıyevə satqın deyirdilər. İndi hamısı susub, Rəhim meydana gəlib. O gün "Azadlıq”a zəng elədim. Dedim, ay qardaşlar, siz palaz-palaz yazılar yazıb, bunun satqın olduğunu bildirirdiniz. İndi nə oldu, nə dəyişdi ki, bu adama meydan verirsiz? Dedilər, indi bizim məqsədimizə uyğun gəlir. Mən bu adamlara nə deyim? Heç vaxt marağıma uyğundur prinsipini qəbul etməmişəm.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Aslan - İsmayılov - Qüdrətdən, - İlyasdan, - Əlidən - - İsadan - danışdı -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:03-01-2017 19:01 - Oxundu: 467
Münasibət
18-01-2017 11:27 Vaqif Əsədov: Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...
18-01-2017 10:39 Yarım ayda 19 intihar-psixoloqlar üç səbəb göstərir
17-01-2017 13:49 Azərbaycanda kağız reseptlər dövrünə son - TƏFƏRRÜATLAR
17-01-2017 10:40 Türk brendlərinin Bakıda 3 dəfə baha satılmasının səbəbi...
17-01-2017 10:06 "Korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi..."
17-01-2017 09:46 Parlamentdə real müxalifət yoxdur - Elxan Şahinoğlu
16-01-2017 19:04 "2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?"
13-01-2017 10:21 Tanınmış həkimdən yayılan virusa qarşı mübarizə metodları
12-01-2017 10:53 “Bakı Bus”larda "Wi-Fi" niyə işləmir? - Açıqlama
09-01-2017 11:52 "Torqovıy" küçəsində Azərbaycan dilində söz tapmaq olmur - Musa Yaqub
09-01-2017 11:39 Baş Prokurorluq: ANS rəhbərliyi ilə bağlı məlumat yayacağıq
07-01-2017 11:12 Quba məhkəməsində baş verənlər araşdırılır - RƏSMİ
05-01-2017 14:37 "Normal bir hökumətə ehtiyacımız var"
03-01-2017 19:01 Aslan İsmayılov Qüdrətdən, İlyasdan, Əlidən və İsadan danışdı
29-12-2016 11:10 Baş nazirə məxsus səlahiyyəti prezidenti yerinə yetirəcək - Ekspert
29-12-2016 10:02 "Biz hər evə ayda 100 manat ödəmək təklif etmişik"
28-12-2016 15:41 SOCAR Sanqaçalda baş verən partlayışa münasibətini bildirib
27-12-2016 12:57 Komitə sədri: "Azərbaycanda heç bir məsciddə nə sələfi, nə də nurçu qruplar yoxdur"
27-12-2016 10:34 Manatla bağlı nigarançılığı necə aradan qaldırmaq olar?
22-12-2016 16:03 "Məmurlar xaricə apardıqları böyük pulları Azərbaycana qaytarsınlar"
21-12-2016 09:59 Məqsəd qaşıyıb-qaşıyıb qan çıxarmaqdır - Səməd Seyidov
16-12-2016 09:55 Deputat: "Azərbaycana on illərlə vaxt lazımdır"
15-12-2016 16:17 İlin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq
13-12-2016 20:41 İqtisadçılar Elman Rüstəmovun bəyanatına şübhə ilə yanaşır
13-12-2016 09:32 Yeni tikililərdə və həyət evlərində ucuzlaşma gözlənilir - EKSPERT
12-12-2016 11:03 Bahalıq toy-yas mərasimlərində ifratı durduracaqmı?
12-12-2016 11:00 Netanyahunun səfərinə ictimaiyyət nümayəndələrinin münasibəti
10-12-2016 12:05 Xalqda çaşqınlıq yaradırlar - Mehman Əliyev
09-12-2016 12:05 İqtisadi böhran varlılar üçün böyük təhlükədir
09-12-2016 10:48 Turizmdə Azərbaycanla Gürcüstanın fərqi - Ekspert danışır
09-12-2016 09:09 Qurban Qurbanov: "Fiorentina"ya azarkeşlik edəcəyəm"
07-12-2016 13:56 "Valyuta tapa bilmirik” - Deputat
07-12-2016 09:35 Türkiyədə dolların "öldürülmə" cəhdi uğurlu ola bilməz - Ekspert
06-12-2016 09:41 Müxalif partiya sədri Aydın Mirzəzadəyə irad bildirdi
05-12-2016 17:08 Dolların sabaha olan məzənnəsi dəyişməyib
05-12-2016 10:11 Ölkə iqtisadiyyatında ən ağır il - 2016, yoxsa 2017?
02-12-2016 10:23 Orta azərbaycanlı qiymət artımını 3-4 aydan sonra hiss edəcək
29-11-2016 10:31 Xaşla xəngələ kulinar və həkimdən fərqli münasibət
29-11-2016 09:41 İşıq və qazın qiymət artımını ekspert sadə dildə izah edir...
25-11-2016 11:23 "Azərbaycan üçün 66 inzibati rayon çoxdur, quberniyalar yaranmalıdır"
25-11-2016 10:44 Hakimiyyət bütün siyasiləri həbsdən azad edə bilər - ƏFV ÜMİDİ
24-11-2016 09:34 “Məni bir müxalifət lideri satdı” - Eynulla Fətullayevdən sensasion açıqlamalar
23-11-2016 11:22 Gələn ilin büdcəsi üçün müəmmalı CƏRİMƏ ÖHDƏLİYİ
21-11-2016 11:22 Uşaqlarda gizli TƏHLÜKƏ: “Bu əlamətlərə fikir vermək lazımdır”
21-11-2016 09:57 Məcburi köçkünlərin dolanışıq sarıdan problemi yoxdur
18-11-2016 10:01 33 rayona dövlət büdcəsindən pul ayrılmayacaq
15-11-2016 11:22 "Köhnə binaların heç də hamısı qəzalı vəziyyətdə deyil"
15-11-2016 09:43 İlqar Məmmədov üçün həlledici həftə: siyasətçi azad ediləcəkmi?
12-11-2016 10:35 İlqar Məmmədov gələn həftə azad oluna bilər
12-11-2016 10:18 Mediaya hərbi senzura lazımdırmı?..
11-11-2016 10:08 Bakıya gələn ermənilər - Xalq diplomatiyası, yoxsa...
10-11-2016 16:25 Siqaret çəkməyə görə cəriməni kim yazacaq?
07-11-2016 14:21 "Əgər Donald Tramp seçilsə o ABŞ-ın sonuncu prezidenti olacaq"
05-11-2016 10:59 Veteran kəşfiyyatçı Dilqəm və Şahbazı azad etmək üçün ilginc yol göstərdi
03-11-2016 14:28 Bu il Avropa Məhkəməsinin qərarları üzrə kompensasiyalar ödənilməyib
03-11-2016 11:08 Tikinti sektorunda qiymətlər daha da bahalaşıb
03-11-2016 10:05 Yanlış protokolla üzləşən sürücü nə etməlidir?
02-11-2016 16:01 İqtisadçı alim Qubad İbadoğludan qorxulu 2 ay proqnozu
02-11-2016 14:06 Beynəlxalq Bank tikinti sektoruna ciddi zərbə vurdu
02-11-2016 11:44 Aqressiv davranış təbliğ olunur - Baş psixiatr

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

Sərhəd Qoşunlarının silah tuta bilməyən əsgəri belə dəyişdi – VİDEO
18-01-2017 15:11
Ermənistanı qorxuya salan Azərbaycanın zenit-raket kompleksi-Foto-Video
18-01-2017 11:06
IX sinif şagirdlərinin NƏZƏRİNƏ!
18-01-2017 12:41
Dolların məzənnəsi Azərbaycanda rekord qırıb - SON DƏQİQƏ
18-01-2017 14:19
SSRİ-nin sirr kimi saxladığı güclü SİLAH - VİDEO
18-01-2017 09:43
MTN generallarının əmək haqları açıqlandı - 1,8 milyon manat - SİYAHI
18-01-2017 11:03
"Qafqaz Universiteti" ləğv olundu - RƏSMİ
18-01-2017 09:35
Banklarda dolların alış-satış qiymətləri- SİYAHI
18-01-2017 11:15
Azərbaycanlı uşaq ermənini 10:0 hesabı ilə məğlub etdi - FOTO
18-01-2017 11:48
Maqnitlə yanacağa qənaət etmək olarmı?
18-01-2017 11:10
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Sual-Cavab
Foto Tarix
Video Texnologiya
Mədəniyət Reportaj
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az