Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
11:03
1722
Artıq məmurlar da onların əlindən dad edirlər - FOTO

İsmayıllıda sakinlərin istirahəti, uşaqların əyləncəsi üçün nəzərdə tutulan parklar, istirahət məkanlarını yox, xarabalığı xatırladır. İnsanlar bu mənzərədən narazıdırlar. Ancaq qəribəsi də budur ki, bu vəziyyəti yaradan elə həmin insanların özləridir.

"Əhalinin əyləncəsi üçün məkanlar azlıq təşkil edir" deyərək şikayət edən də yerli sakinlərdir, olan məkanları bərbad vəziyyətə salan da. Parklarda oturacaqlar, ağaclar qırılıb, işıqlandırma sistemləri sıradan çıxıb.

Bu azmış kimi, insanlar məişət tullantılarını da parka atırlar. İsmayıllı şəhərinin mərkəzi parklarında ətrafa atılan zibillər xoşagəlməz mənzərə yaradır.

İribuynuzlu mal-qaranın da parklarda otlaması yaradılan yaşıllığa və gözəlliyə xələl gətirir. Yaranan mənzərə, xüsusilə də axşam saatlarında istirahət məqsədilə parka üz tutanların narazılığına səbəb olur.

Rayon sakinləri bildirirlər ki, dəfələrlə müvafiq qurumlara şikayət edilsə də, bu məsələ hələ də həllini tapmayıb. Ərazinin tullantılardan təmizlənməsi və xüsusi nəzarətçinin ayrılması üçün heç bir iş görülmür. İnsanlar zibil qablarının azlığı, eləcə də maarifləndirici lövhələrin olmamasından şikayət edirlər.

Aidiyyəti qurumlar da bu məsələdə sakinləri günahlandırır. Rəsmi qurumların nümayəndələri, turizm şəhəri olan və hər il yetərincə turistə ev sahibliyi edən İsmayıllıda bu cür halların yolverilməz olduğunu bildirirlər.

Rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndiyili və kommunal təsərrüfat idarəsi də, problemin sırf insanların laqeydliyi, eləcə də parkda yaradılmış şəraitlə kobud davranılmasından meydana gəldiyini vurğulayıblar.(Sputnik)

Məqalədə : İsmayıllı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru