Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

09 Fevral

2017
12:27
829
Artıq bir neçə piksellik təsviri bərpa etmək mümkün olacaq - FOTO

FaktXəbər-in ArsTechnica istinadla verdiyi məlumata görə, Google Brain elmi araşdırmalar mərkəzinin  komandası 8x8 piksel ölçüsündə  təsviri detallı foto kimi bərpa edəcək  sistem təqdim edib.

Sistemin əsasında 32x32 piksel (böyük ölçü) və 8x8 piksel (kiçik ölçü) təsvirlərinin  surəti üzərində qurulmuş iki  neyro şəbəkə var.

Onlardan birincisi fotoları  yüksək və aşağı keyfiyyətlə müqayisə edir, sonra isə ümumi əlamətlər tapır. İkincisi isə aşağı keyfiyyətli şəkildə 32x32 pikselli təsvir yaratmağa çalışır.

Effektivliyi artırmaq üçün  Google könüllüləri dəvət edib. Onlar  təqdim olunan fotolardan hansının orijinal, hansının isə  neyroşəbəkə tərəfindən yaradıldığını bilməli idilər. Nəticədə 10 faiz halda insanlar  bərpa olunmuş şəkili real təsvirdən ayrı bilməyib.

Interyer məsələsində isə bu göstərici 28 faizə qalxıb.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com