Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilin I rübü üzrə büdcə gəlirləri 3 mlrd. 272,5 mln. manat, büdcə xərcləri isə 3 mlrd. 847,5 mln. manat təşkil edib. Bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 mlrd. 899,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 mlrd. 894,4 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 4,6 mln. manat təşkil edib.
Bu ilin aprelin 1-nə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 373,4 mln. manata bərabər olub.
Hesabat dövründə ARDNF-nin 2017-ci il büdcəsinin icrası çərçivəsində 1 mlrd. 525 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 mln. manat vəsait ayrılıb. 2 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 mlrd. 279 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. 2017-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 3,9 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 873,9 mln. manat təşkil edib", - deyə Ş. Mövsümov bildirib.
2017-ci il aprelin 1-nə Fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 mlrd. 147 mln. dollar) nisbətən 0,18% artaraq 33 mlrd. 207,2 mln. dollara bərabər olub. (APA)
- 26-04-2018 16:45 Hotellərimizdə ən çox gecələyən əcnəbilər - SİYAHI
- 26-04-2018 16:05 Bu keçidlərdən əlillər, hamilələr və qocalar "uçaraq" keçirlər - VİDEO
- 26-04-2018 15:51 Bakı metrosunda ciddi su sızıntısı - NARAHATLIQ - FOTO
- 26-04-2018 15:46 Şahbaz Quliyev düşmən əsirliyindən ailəsinə video göndərib
- 26-04-2018 15:37 Qusarın ucqarlarına yeni yol çəkilir - FOTO
- 26-04-2018 15:16 Binə Ticarət Mərkəzində aksiya
- 26-04-2018 14:40 May ayının qeyri-iş günləri açıqlanıb
- 26-04-2018 14:15 Bakının ən böyük prospekti bağlandı - Qəza
- 26-04-2018 13:03 Havanın temperaturu yüksəlir
- 26-04-2018 12:10 Bakı metrosunda sıxlığın əsas səbəbi - CƏDVƏL
- 26-04-2018 11:26 BP-yə yeni rəhbər təyin edilib
- 26-04-2018 11:09 ""Metsamor" təhlükə mənbəyidir" - Hikmət Hacıyev
- 26-04-2018 10:36 İtən alpinistlərin dostları Xəzərdə itkin düşüb
- 26-04-2018 10:32 İki valideyn arasında qalan Leylanın ürəkağrıdıcı hönkürtüsü - VİDEO
- 26-04-2018 10:21 Bakıda daha bir metro stansiyası istifadəyə verilə bilər
- 26-04-2018 10:00 Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - VİDEO
- 26-04-2018 09:58 Azərbaycanda şübhəli bilinən 30 nəfər saxlanılıb
- 26-04-2018 09:50 Azərbaycandakı vulkanların palçığında qızıl, gümüş aşkarlanıb
- 25-04-2018 22:23 Rusiya Ermənistandakı vəziyyətdən narahatdır - PUTİN ZƏNG VURDU
- 25-04-2018 20:57 Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulur
- 25-04-2018 20:30 Bakının bu hissələrində sabah qaz olmayacaq
- 25-04-2018 17:02 Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanılıb
- 25-04-2018 16:10 Bakıda avtomobili təpikləyən sürücü tutuldu - VİDEO
- 25-04-2018 15:31 Azərbaycan-Türkiyə sənədləri imzalanıb
- 25-04-2018 15:01 Bakıda yolu keçən piyadanı avtomobil vurdu

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 21:09
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]