Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Aprel

2017
14:46
664
Aprelin 26-dan etibarən hava şəraiti sabitləşəcək

 “Aprel ayının 26-dan etibarən hava şəraitinin sabitləşəcəyi gözlənilir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, aprelin 24-ü gün ərzində əsən güclü külək gecə saatlarında tədricən mülayimləşəcək: “Külək aprelin 25-i gündüz saatlarında yenidən güclənəcək. Sabah ölkə ərazisində güclü külək əsəcək. Aprelin 26-sı isə gündüz saatlarından başlayaraq artıq hava şəraitinin tədricən mülayimləşəcəyi gözlənilir”.

G.Məmmədova bildirib ki, havanın temperaturunda yaxın 2-3 gün ərzində ciddi dəyişiklik gözlənilmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru