Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

06 Aprel

2017
14:17
217
Aprel şəhidlərinin şəxsi əşyalarının sərgisi təşkil olunub - FOTO

Bu gün Azərbaycan İstiqlal Muzeyində keçən ilin aprel ayında baş verən döyüşlərə həsr olunan "Bitməyən savaş" adlı tədbir-sərgi keçirilib.

Tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında tarixə "dörd günlük müharibə" kimi düşən savaş baş verib. O qeyd edib ki, aprel döyüşləri Azərbaycanda qələbənin başlanğıcı olub: "Ordumuz Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib. Eyni zamanda, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər. Bu, çox böyük uğurdur. Aprel döyüşləri Azərbaycan xalqında qələbəyə inam yaratdı və düşmənin gücü haqqında əfsanəni puç etdi".

F. Şəmsi qeyd edib ki, muzeydə təşkil olunan sərgidə aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlının, Samid İmanovun, Müşfiq Orucovun, Orxan Müstəcəbovun, Vüqar Yusifovun, Murad Mirzəyevin, Raqif Orucovun və Pəncəli Teymurovun şəxsi əşyaları nümayiş etdirilir.

Tədbirdə şəhidlərin ailə üzvləri də çıxış edib, övladları barədə xatirələrini bölüşüblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. (APA)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com