Tarix:18-04-2017 14:17
Aprel şəhidinin son sözləri öz səsindən... - VİDEO
Şərh yaz

Qaqaş, mənim işim-gücüm Vətənə xidmət eləməkdir də. Bunu yaxşı bilirsən ki. Əvvəldən axıra kimi mən də bu həyatı, bu yolu seçmişəm də.

FaktXeber.com apa.tv-ə istinadən xəbər verir ki, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunda dünyaya gəlib. Onun hərbçi olmaq istəyi hələ orta məktəb illərindən yaranıb. Bu da təsadüfi olmayıb. Ravilin babası Mirzə Novruzov İkinci Dünya müharibəsinin, bir əmisi Əfqanıstan müharibəsinin, digər əmisi isə birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
 
Atası Elman Novruzov deyir ki, Ravil uşaqlıqdan hərbçi olmaq arzusu ilə böyüyüb: "Həmişə deyirdi, mən böyüyəndə hərbçi olacağam, böyüyəndə torpaqlarımızı işğaldan azad edəcəyəm. Həvəskar idi, deyirdi, niyə mən də hərbçi olmayım".
 
2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ravil geri qayıtdıqdan sonra yenidən Vətənə xidmət etmək üçün Xızı rayon Hərbi Komissarlığına müraciət edir və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə başlayır.
 
Şəhidin orta məktəb müəllimi, onun haqqında yazılan "Burda bir igid ölüb" kitabının müəllifi Aydın Baybəyim Ravilin hərbiyə xüsusi marağının olmasının onun bütün həyatına təsir etdiyini deyir: "O vaxtlar da hiss olunurdu ki, onun iradəsi, nəyəsə həvəsi var, xüsusilə də hərbiyə. Hərbiyə aid şeirlər keçəndə onu xüsusi əzbərləyirdi. Hiss olunurdu ki, uşağın daxilində nəsə bir şey oturub, o da nə vaxtsa büruzə verəcək və verdi. Bütün hərəkətləri onu sonda sözün həqiqi mənasına igid, qəhrəman elədi".
 
Anası Nargilə Novruzova oğlu ilə son görüşünü belə xatırlayır: "Novruz bayramında evdə idi. Ayın 28-i gəldi evə, mənə dedi, çantamı yığ, gedəcəyəm. 3-4 günlük burda olmayacağam. Dedi, kursa gedirik. Axırıncı dəfə o gedən getdi. O, hərbini sevirdi, böyük marağı var idi. Çünki göz açıb hərbçi ailəsində anadan olmuşdu. Hərbi formanı əyninə geyinəndə fəxrlə dayanırdı. İş yoldaşları, komandirləri arasında böyük hörmət qazanmışdı. Müdafiə Nazirliyi tərəfindən 5 dəfə mükafatlandırılıb".
 
"Yaxşı olacaq. Əsas odur düz yolda öləsən. Onsuz da haçansa öləcəyik də". Bu sözləri Ravil öz dostuna yazıb. Onun ən böyük arzusu isə Azərbaycan bayrağını Kəlbəcərdə dalğalandırmaq olub. Qardaşı Mirzə Ravilin bu arzusunu yerinə yetirmək üçün döyüşməyə hazır olduğunu deyir: "Şəhidlik böyük bir zirvədir, hər adama qismət olmur. Ravilin timsalında bütün şəhidlərin qisasını almağa hazırıq".
 
Qeyd edək ki, aprel döyüşləri zamanı şəhid olan Ravil Novruzov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
Aprel - şəhidinin - son - sözləri - öz - səsindən... - - - VİDEO -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:18-04-2017 14:17 - Oxundu: 477
Vətən uğrunda
18-04-2017 14:17 Aprel şəhidinin son sözləri öz səsindən... - VİDEO
17-04-2017 14:02 "Erməni polislər səngərdən qaçan əsgərlərin qabağına dururdu"
17-04-2017 13:43 Şəhid Mübariz İbrahimovdan bəhs edən filmin ilk fraqmenti yayılıb - VİDEO
13-04-2017 12:51 Hamı onun öz toyunda dediyi sözü xatırlayır - ŞƏHİD OLMAQ İSTƏYİRƏM
06-04-2017 13:07 Kumiri Hacı Şahin olan Aprel şəhidi Mahir Mirzəyev - VİDEO
06-04-2017 11:07 Şəhid oğlu: Hər zaman atamla fəxr etmişəm - VİDEO
04-04-2017 09:54 Kəşfiyyata - onunla birgə getməli…
03-04-2017 14:58 Həyatını hərbə bağlamaq istəyən Aprel şəhidi Əbülməcid Axundov - VİDEO
03-04-2017 10:44 Talış yüksəkliyi barədə İLK DƏFƏ yayımlanan görüntülər - VİDEO
31-03-2017 16:43 Ürəklərdə heykəlləşən gənc heykəltəraş - FOTO
31-03-2017 15:09 Şəhid olmaq istəyən xüsusi təyinatlı Emin Bağırov - VİDEO
30-03-2017 14:44 Əsgərliyə gedəndə anasının ayağından öpən Aprel şəhidi - VİDEO
29-03-2017 11:59 Mübariz İbrahimova qibtə edən Aprel şəhidi Fəxrəddin Qurbanlı - VİDEO
28-03-2017 11:12 Milli Qəhrəman Anatoli Nikolayeviç Davidoviçin doğum günüdür
27-03-2017 16:34 Aprel şəhidi: Ana, mən şəhid olsam başını dik tut - VİDEO
17-03-2017 11:28 Novruzda məhəllənin uşaqlarını ətrafına toplayan Aprel şəhidi - VİDEO
14-03-2017 15:21 Uşaqlığından Kirovun heykəlinin yerində Koroğlunu görmək istəyən şəhid
28-02-2017 15:15 Milli Qəhrəman Hüseynov Elman Süleyman oğlunun doğum günüdür
25-02-2017 14:27 "Ağla qərənfil" şerinə görə Xocalı şəhidindən imtahan götürməyiblərmiş - VİDEO
24-02-2017 12:17 Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
23-02-2017 15:42 Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür
22-02-2017 13:42 Xocalıda oğlu itkin düşən ananın sözləri hər kəsi göz yaşına boğur - VİDEO
07-02-2017 09:20 Bu gün 3 Milli Qəhrəmanın ad günüdür
06-02-2017 13:02 Milli Qəhrəman Mirəsgər Mirabdulla oğlu Seyidovun doğum günüdür
03-02-2017 09:14 Qəbirləri düşmən əlində olan şəhid qardaşlar - VİDEO
02-02-2017 14:03 Milli Qəhrəmanlar Bəylər Ağayev və Şahin Tağıyevin doğum günüdür
27-01-2017 16:11 Milli Qəhrəman Cəlil Səfərovun doğum günüdür
26-01-2017 15:11 Şuşada doğulmuşdu, Horadizdə şəhid oldu - VİDEO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az