Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 İyul

2017
13:32
309
AİP lideri Mövsüm Səmədovun Appelyasiya məhkəməsi keçirilib

Bu gün Bakı Appelyasiya Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayətinə baxılıb. Appelyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı Tipli Həbsxanasına köçürülməsi ilə bağlı verdiyi qərarla bağlı idi. Məhkəmədə AİP rəhbbərliyi, funksionerləri çoxlu sayda inanclı kəsimin nümayəndələri iştirak ediblər.  

FaktXəbər-in məlumatına görə, Apelyasiya Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb və Mövsüm Səmədovun 3 il müddətinə Qobustan Qapalı Tipli Həbsxanasına köçürülməsi ilə bağlı qərar çıxarılıb.

Ötən məhkəmə prosesində doktor Səmədovun vəkili bir neçə vəsatətlə çıxış edərək, Qaradağ rayon Məhkəməsində keçirilən ilkin baxış zamanı şikayətçilər və şahidlərdən heç kimin dindirilmədiyini bildirmişdi. Lakin vəsatətlər məhkəmə tərəfindən təmin edilməmişdi.

İyul ayının 22 AİP lideri Mövsüm Səmədov növbəti dəfə və 3 illik müddətinə Qobustana göndəriləcək.

Vəkil Yalçın İmanov onu da qeyd edib ki, Appelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklər.

Məqalədə : Mövsüm Səmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru