Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2019
11:17
1555
AİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Bu gün 1992-ci ildə Azərbaycan İslam Partiyasının təməl daşını qoyan Hacı Əlikram Əliyevin vəfatının ildönümüdür.

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev partiya rəhbərliyi və idarə heyəti, qurumun bütün üzvləri adından ailəsinə, yaxınlarına, bu el ağsaqqalını, mübariz insanı tanıyan və sevən hər kəsə dərin hüznlə  baş sağlığı verib, Allahdan ona rəhmət diləyib.

Hacı Əlikram Əliyev görkəmli ictimai xadim, vətənpərvər və xalqını canından çox sevən dahi şəxsiyyət, cəsarətli siyasi lider, İslam əqidəsinə qırılmaz tellərlə, əyilməz vücudu ilə bağlı bir duha idi. Xalqın sağlam və etibarlı gələcəyi yolunda, haqq və ictimai ədalət uğrunda yorulmadan apardığı mübarizə Hacı Əlikram Əliyevə hədsiz məşəqqətlər gətirsə də o, heç zaman iradəsindən dönmədi.

Zülm və haqsızlığa qarşı, xalqımızın maddi-mənəvi-dini dəyərlərinin qorunması, bərpası naminə azadlığını qurban verməsi, dəfələrlə həbsə alınaraq zindan həyatı yaşaması, sağlamlığını belə itirməsi onu qədəm qoyduğu düz yoldan çəkindirə  bilmədi.

Hacı Əlikram Əliyev siyasi fəaliyyətinə xalqımızın milli azadlıq hərəkatında fəal mübarizədən başladı. Ölkə istiqlaliyyətinin qazanılmasında bütün qüvvəsini sərf etdi. Qarşısına qoyduğu ən mühüm vəzifələrindən biri də dinsiz bir siyasi sistemin 70 il xalqımızın mənəviyyatına vurduğu ağır zərbənin və yaraların sağalmasına nail olmaq idi.Bundan ötrü o, siyasi fəaliyyəti boyu xalqımızın ən sağlam qüvvələrini səfərbər etməklə dinimizin azad şəkildə təbliğinə və inkişafına təminat yaratmağa çalışdı. Bu istiqamətdə atılan addımlar Hacı Əlikrama xalqımızın qərin sevgisini qazandırdı, ürəklərdə silinməz heykəl qoydu.

Hacı Əlikram Əliyev siyasi fəaliyyətinin sonrakı mərhələlərində erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda könüllülərin səfərbər edilməsi yolunda var gücünü sərf etdi. Vətənpərvər insan milli sərvətlərimizin talanmasının qarşısının alınması üçün mövcud hakimiyyətə təkliflər irəli sürdü.

Təəssüflər ki, Hacının xalqımızın, dövlətimizin inkişafı perspektivi naminə atdığı hər bir addım onun həbsi, təqibi, müxtəlif məhrumiyyətlərə məruz qalması ilə nəticələndi. O, nəhayət bu ağır sıxıntılardan sonra sağalmaz xəstəliklərə düçar oldu və dünyasını dəyişərək Vətəninin, xalqının, dininin yolunda şəhid oldu.

Hacı Əlikram Əliyevin vəfatının ildönümü ilə bağlı ailəsinə, yaxınlarına, bütövlükdə xalqımıza bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

Məqalədə : Hacı Əlikram Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Amerika dolları ucuzlaşdıra bilər - SƏBƏB

26

İyun
21:20
İQTİSADİYYAT
1173

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1476

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1998

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2080

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2176

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1876

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
599

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
178
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-06-2019 04:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru