Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2011
11:43
AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ
Dünən Azərbaycan İslam Partiyasının Baş Məclisinin iclası keçirilib

Bookmark and Share

Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən Faktxeber.com-a daxil olan məlumata görə, dünən Azərbaycan İslam Partiyasının baş məclisi keçirilib. Toplantıda günün vacib məsələləri partiya qarşısında duran vəzifələr müzakirə olunaraq mövqelər açıqlanıb. Məclisin gündəliyinə əsasən, ölkəmizdə və beynəlxalq aləmdə baş verən hadisələr, Dağlıq Qarabağ problemi, cari məsələlər daxil edilmişdir.

Təhlil olunan məsələlər barədə giriş sözü ilə AİP sədri Mövsüm Səmədov çıxış edərək toplantı iştirakçılarına məlumat verdi və eyni zamanda çıxışına davam edərək ölkəmizin və Azərbaycan  xalqının maraqlarına cavab verməyən bir sıra hadisələrə, ələlxüsus son günlərin aktual məsələsinə çevrilmiş dini-mənəvi amillərə və milli mentalitetimizə zidd olan addımlara partiyanın ümumi mövqeyini şərh etdi. M Səmədov ölkədə islam atributlarına hakimiyyət səviyyəsində neqativ və xalqımızın, həmçinin İslam dünyası və dünya müsəlmanları tərəfindən bəyənilməyən təzyiq, təcavüzləri kəskin pisləyərək, bütün bunların Respublikamızda qarışıqlıq yaradılmasına ölçüldüyünü bildirdi.

AİP sədri Mövsüm Səmədov son vaxtlar təhsil nazirliyinin orta məktəblərdə hicab qadağasının tətbiqini dinimizin vacib əməllərinə qarşıdözülməz və yol verilməz cəhd kimi qiymətləndirərək bunun xarici qüvvələrin, xüsusən İslam düşmənlərinin təsiri ilə baş verdiyini bildirib.

Qeyd olundu ki, hər bir xalqın mənəviyyatının əlindən alınması, aşındırılması, fərqi yoxdur dövlətin başçısı olsun , ya da sadə vətəndaş, o xalqın məhvi deməkdir. Bu gün bəzi üzdən iraq mətbuat orqanlarının və ölkə televiziyalarının əksəriyyəti sanki öz üzərinə belə bir misssiyanı götürmüş, müsəlman xalqımızın, İslam müqəddəslərinin, alimlərinin təhqirindən, aşağılamasından belə çəkinmirlər. Partiya sədri ölkədə baş verən ədalətsizliklərin əsas səbabkarı kimi ölkə prezidentini görüb. O, ölkədə baş verən özbaşınalıqlara görə, prerzident İlham Əliyevi kəskin şəkildə tənqid edib. M. Səmədov baş verənləri ölkəmizin və xalqımızın günahsız insanlarının faciəsi kimi qiymətləndirərək bütün vətəndaşları ayıq-sayıq olmağa, onları arzuolunmayan istiqamətə sürükləmək istəyən xəbis qüvvələrə qarşı vəhdət halında mübarizə aparmağa, müqavimət göstərməyə çağırıb.

AİP sədrinin çıxışının mətni

Bu gün beynəlxalq aləmdə və ölkəmizdə mühüm məsələlərdən biri hicab məsələsidir ki, müsəlmanlar başda olmaqla bütün insanlar buna görə çox narahadır. Misir Mərdanov bu məsələdə eyni inadkarlığı edib, hətta inadkarlığından da kənar öz çıxışlarında bildirib ki, məsələ Azərbaycanın xaricindən həll olan bir məsələdir, yəni Azərbaycan xalqının hicabla bağlı heç bir adiyyatı yoxdur. Yəqin Misir Mərdanov cənabları ya özləri Azərbaycanda dünyaya gəlməyib, ya valideyinləri Azərbaycanda yaşamayıb, ya da Azərbaycandan kənarda yaşayıblar bu adamlar. Yəni Azərbaycana mənsub bir şəxs deyil bir mənada. Azərbaycan xalqı müsəlman bir xalq olub, Azərbaycan xalqı İslam dinini ilk gündə qəbul edən və ona əməl edən bir xalqdır. İslamın vacibatlarından biri də hicabdır və həmişə buna sadiq qalan bir xalqdır. Buna görə də nəzər etsək görərik ki, şəhid Mübarizlər, şəhid Fəridlərin də tərbiyəsi o pak anaların, hicablı anaların qucaqlarında böyüyüb tərbiyə tapıblar. Bu insan nə Qurani-Kərimdən, nə İslamdan yaxından agahlığı lazımi həddə yoxdur, nə də Azərbaycan tarixilə yaxından tanışlığı yoxdur. Azərbaycan xalqından uzaq bir insanlarımız var ki, bu iddialarla səhnəyə gəlirlər. Sonra da öz çıxışlarında deyəndə ki, bu məsələ xaricdən gəlir, sual ortaya çıxır ki, xaric deyəndə həmin şəxslər kimi nəzərdə tuturlar? Olmaya xaric deyəndə keçən əsrdə on milyonlarla günahsız insanın qanına qəltan olmasına səbəb olan və bu əsrin əvvəlində də 1.3 milyondan çox və 100 mindən çox iraqlı, əfqanıstanlı, pakistanlı, yəmənli bizim günahsız müsəlman qardaşlarımızı qanına qəltan edən və bu gün də onların ayaqqabılarını özlərinə atdıq deyərək şərəf hesab edən bəlkə Amerika və sionizmi nəzərdə tutursunuz, kimi nəzərdə tutur xaric deyəndə? Və yaxud “Vaşinqton Post”, “Nyu York Tayms” kimi qəzetlərdə ölkə prezidenti İlham Əliyevin milyardlarla və onun ətrafındakı məmurların milyardlarla Azərbaycan xalqını, dövlətini qarət elədiyi xarici banklara çəkərək 100 milyonluq adalar və ya imarətləri almaqla və Azərbaycan xalqına bir mənalı olaraq dağ çəkən bu insanları bəlkə nəzərdə tutur? Yada ki, “Le Figaro” qəzetində biz bilirik ki, ölkə prezidentinin ailəsinə o əxlaqsızlığı nisbət veriblər, bu gün Azərbaycan qəzetlərində “Le Figaro” qəzetinin üzrxahlığını çatdırırlar, amma demirlər nəyə görə üzrxahlıq eliyir, bəlkə xaric deyəndə bu insanlar bunu nəzərdə tuturlar? Nəyi nəzərdə tuturlar xaric deyəndə? Bir şəffaf danışsınlar nəyi nəzərdə tuturlar.

Bu gün həqiqətləri açıq demək lazımdı, nə vaxta qədər gizlədəcəyik, nə qədər məmur-məmur deyib bu məsələni səhnənin kənarına salacağıq. Bu gün Azərbaycan xalqı zəngin neft və qaz yataqlarına və digər təbii sərvətlərə malik olmasına baxmayaraq, bir Azərbaycan cavanı üçün ölkədə bir iş yeri tapılmır. 3 milyondan çox 4 milyona yaxın Azərbaycan vətəndaşı ölkədən didərgin düşüb. Azərbaycan övladı Avropada, qərb ölkələrinin müxtəlif lager və düşərgələrində və yaxud da Rusiyanın o soyuq bir mühitində qalmağa razıdır, amma öz vətəni Azərbaycana qayıtmağa razı deyil. Kimdi bu mühütü yaradan? Azərbaycanda əgər bir cavan istəsə istehsalatla məşğul olsun, biznes və digər sahələrdə bir işlə məşğul olsun, görünməyən və qanunda olmayan elə vergilər onların boynuna qoyurlar ki, cavan məcbur olur ki, o işdən əl götürüb ya cinayətə əl atsın, ya da ölkəni tərk edib çxıb getsin.

Əzizlərim, Azərbaycanda ədalətsizlik və rüşvət o həddə çatıb ki, müşahidə etsək görərik ki, hətta Kürün təmizlənməsi üçün ayrılan lazım olan pul vəsaitləri rüşvətxor məmurlar tərəfindən yeyilib. Nəticədə görürük ki, bu hadisədən sonra Kürdə böyük bir daşqınlıq baş verir və ətrafda yaşayan insanlar su altında qalır. Belə bir acınacaqlı vəziyyətdə on minlərlə insan olduğu, bir kisə una möhtac olan insanlar olduğu halda, Bakıda görürük ki, “Gül” bayramı keçirərək 10 milyonlarla, bəlkə də 50 milyon civarında və ondan da artıq xalqın beytul-malı (sərvəti) zay olur, xalq isə orada möhtac vəziyyətindədir.

Televizor və radio şəbəkələrində olan əxlaqsızlıqlardan heç danışmağa dəyməz. Azərbaycan İslam Partiyası (AİP) bununla əlaqədar Azərbaycan Respublikası Milli Televiziya və Radio şurasına müraciət edib. Müraciətin cavabında Nuşirəvan Məhərrəmov da qeyd edib ki, biz də bu məsələni qəbul edirik və bu acınacaqlı vəziyyətin belə olmasına biz də öz etirazımızı bildiririk. Nuşirəvan Məhərrəmov həmçinin deyir ki, amma nə edək ki, Azərbaycan Respublikasının Qanununu 2-ci maddəsində Azərbaycan Respublikasının teleradio yayımında yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə müdaxilə etmək haqqımız yoxdu. Yəni onlar hər nə istəsə edə bilərlər, amma biz gedib deyə bilmərik ki, sən bu camaatın balasını niyə pozğunluğa çəkirsən, niyə bu fəsadlı filimləri verib ailələri dağıdırsan, biz bunu deməyə haqqımız yoxdur. Bu qanunlar harda tənzim olunur, bunların hökmü hardan gəlir, hansı milli-mental xüsusiyyəti nəzərə alıb bu qanunlar tənzim olunub? Biz sual edirik, hardan bunlar gəlib çıxır?! Haqqı bəyan edərək camaata çatdıılran vaxt gəlib çatıb.

Bu gün Azərbaycan xalqı, Məhərrəm ayında matəm saxlayaraq 1400 il bundan qabaq olan faciələri bir-bir təhlil etsə görərik ki, İmam Hüseynin (ə) başına nə cür faciələr gəldi? Əgər biz bu faciələrə nəzər salsaq görərik ki, 1400 il bundan qabaq Yezid ibni Müaviyənin elədiyi əməllər bu gün Azərbaycan prezidentinin elədiyi əməllərlə heç bir fərqi yoxdur. O da cavanlığında fasiq, qumarbaz bir şəxs kimi tanınıb, Azərbaycan prezidentinə də baxsaq görərik ki, öz cavanlığında istər Azərbaycan mətbuatında, istərsə də Türkiyədə olan hadisələrə nəzər eləsək bu hallardan qıraq deyil. Hakimiyyətə gələndən sonra da Yezid ibni Müaviyəni görərik ki, gəlişi ilə birinci azanın səsinin qabağını almasına səy edir, çünki Müaviyyə ibni Əbusufyanın hədəfləri idi ki, Peyğəmbərin (s) sədası asimanalara qalxmasın.

Bu gün də görürük ki, Azərbaycanda bu proseslər gedir. Yezid ibni Müaviyə Allahın evinə hücum edərək od vurub yandırır, bu gün də görürük ki, Azərbaycanda bir neçə məscidlər təxrib olunur, müsəlmanların başına tökülür və bu cür də davam edir. Hətta Azərbaycanda məscid məhkəməyə verilir və müsəlman xalqının qarşısında insanlar keçib indi məscidi məhkum etməyə başlayırlar. Təəssüflər olsun ki, Azərbaycan xalqı belə faciələrlə qarşılaşıb. Necə ki, Yezid ibn Müaviyə “Lat” və “Uzza” kimi bütləri səhnəyə gətirib insanları bütpərəstliyə dəvət edirdisə, bu gün Azərbaycan cəmiyyətində də Heydər Əliyevin bütünü təşkil edib cəmiyyəti onun altından keçirdirlər ki, camaat bu bütə sitayiş etsin.

O gün Kərbəlada Yezid ibni Müaviyənin ordusu İmam Hüseyni (ə.s) şəhid edəndən sonra, Peyğəmbərin (s) hərəminə hücum çəkib, Peyğəmbərin (s) qız balalarının məcərinə əl ataraq onları “Ya Məhəmməda, ya Məhəmməda” deyərək səhralara salırlar. Bu gün də biz görürük ki, həmin İmam Hüseynin (ə) məktəbinin ardıcıllarının, onların övladlarının baş örtüyünə yenə xəyanət əllər uzanıb. Həmin səhnələrdi. Getdikcə də bu məsələlər dərinləşir, daha da şiddətlənir. O zamanlar da günahsız insanları zindanlara salırdıalar, min cür işgəncələr verirdilər. Bu gün də bizim 5 nəfər əziz qardaşlarımızı, küçələrə çıxıb “Ya Məhəmmədə” deyib Peyğəmbərin (s) adını istəyiblər yaşatsınlar, şəhidlik məqamın istəyiblər yaşatsınlar, amma görürük ki, həmin günahsız balalarımıza 21 il 6 ay iş veriblər. Hacı Əli qardaşımız bəlkə 200-dən çox insana Quran öyrədib, Quran təlimi verib. Həmçinin, müxtəlif ilahi şüarları divarlara yazanda, narkotiklə ona bəhanə edib 2 il 6 ay belə günahsız insana cinayət işi qaldırıblar. Azərbaycan hansı istiqamətə gedir? Hansı tərəfə hərəkət edir? Belə getsə biz görürük ki, 37-ci ilər burada gərək yenidən təzələnsin və xalqımız belə bir faciyəyə tərəf gedir. Buna görə Peyğəmbər (s) buyurur ki, “Nə vaxt dininizə bəla gəlsə, canınızı verib dininizi qoruyun!”. Məgər bu gün o vaxt gəlib çatmayıb? Buna görə də Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın və oyaq olsun. Əgər bir şəxslər bizim dinimizə, bizim mənəviyyatımıza, bizim axirətimizə əl uzadarlarsa biz də onların dünyasına əl uzadarıq.

Bu gün Azərbyacan xalqı belə bir zalım rejimin və onun Yezid sifətli rəhbərin gərək hakimiyyətinə son qoysun. İnanın bundan o tərəfi yoxdu. İnanın bundan o tərəfi böyük bir faciələrdi. Yəhudilər burada nələr hazırlayıb? Yezid ibni Müaviyənin ətrafında əgər yəhud və nəsranilər məşvərətçi kimi var idisə, indiki hakimiyyət tam surətdə yəhudun ixtiyarıdadır, əzizlərim. Hara istəyirlərsə, ela o istiqamətə də Azərbaycanı aparırlar. Bu gün Azərbaycan xalqını bu zülmün qarşısında durmamağa dəvət edirəm və bu zülmün qarşısını almağa çığırıram. Allah Quranda buyurur ki, (in yənsurukumullah fəla ğalibə ləkum) “Əgər Allah-Təala bizə yardımçı və köməkçi olsa, heç bir kəs bizə qalib gələ bilməz”. Və bu gün Allahın bir bəndəsi kimi, Perğəmbərin (s) bir ümməti kimi bizim hər birimizin vəzifəsidir ki, zülmü bilək, insanlara çatdıraq və onun müqabilində duraq. Mən öz vəzifəmi Allah-Təala qarşısında əncam vermiş bilirəm və bu vəzifəmə əncam verməkdə də fəqət Allah, sən şahidsən ki, sənin rizayətini əldə etməyə xatir bunu elədim, pərvərdigara. Və bundan başqa heç bir şey də güdmürük. Hüseyncan (ə) Kərbəlada gələ bilmədik, bu gün gəlmişik Hüseyncan sənin dinindən və sənin yolundan difa etməyə inşallah. Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuh! ( Allahın rəhməti və bərəkəti sizin üzərinizə olsun!)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
Aysel tərəfindən 03-01-2011 15:32:37 tarixində yazıldı
Salam.cox sagolun Mohsum muuellim dediyiniz fikirlerle tam raziyam.Azerbaycanda helede sizin kimi haqqi cekinmeden deyen insanlarin olmagi cox sevindiricidi kaski sizin kimi haqqi deyen Azerbaycanda hec olmasa 2 3 nefer olaydi.hami qorxur bilmirem neden kimnen axi qorxmaga tek layiq olan Allahdi yezid yox!
Zaur tərəfindən 03-01-2011 15:55:14 tarixində yazıldı
Bəli, məncə bunlar deyilməlidi ki, camaat agah olsun qaranlıq işlərdən, Görəsən müxalifət bunları bilmir? bəs bilirsə niyə demir? Media niyə haqqı deməkdən çəkinir? bunlar hamısı əhali tərəfindən düşünülən ən önəmli suallardı...
HUSEYN CAFAROV tərəfindən 03-01-2011 16:45:49 tarixində yazıldı
ALLAH SIONIST ILHAMA LENET ETSIN
VAXTILE TORPAQLARIMIZI, DOVLETIMIZI ALDILAR INDIDE NAMUSUMUZU ALIRLAR. QEYRATI OLAN SEXS BUNLARA BIGANE QALMAMALIDIR.
Ramin tərəfindən 03-01-2011 17:07:06 tarixində yazıldı
Dogru
Bütün bu deyilənlər hamısı doğrudur . Ancaq bu gün millətin bir hissəsi qoxur, bir hissəsinə bu vəziyyət lap göydəndüşmədir, bir hissəsi də qəflətdədir və çox az hissəsi ayıqdır. Qəflətdəkilərdən və qorxanlardan da bir az ayılan olsa bəlkə bu rejimdən qurtulmaq olar. Yoxsa ki, çətin məsələdir.
deko tərəfindən 03-01-2011 21:04:11 tarixində yazıldı
bu çıxışda heç bir haqsız bir kəlmə yoxdur? Gah deyirdilər ki, niyə islamçılar öz etirazını bildirmir, bildirəndə də deyirlər bu provokasiyadır. Bir qərar verək də!
muntezir tərəfindən 03-01-2011 21:23:26 tarixində yazıldı
Dindarlar arasında indiyə qədər ümumilikdə İlhama qumarbaz, qarətçi, villabaz, zalım, Yezid, "İl Foglio" qəzeti vasitəsiylə Mehribana əxlaqsız, Heydər Əliyevə büt deyən olmamışdı o da oldu! İndi yapokratlar, dinsizlər dövlətçilik əldən getdi, deyib vay-şüvən salacaqlar!
sertar tərəfindən 04-01-2011 09:20:22 tarixində yazıldı
NE VAXTDİR DEYİLMEYENLERİ DEDİNİZ. HEÇ KES BUNA CÜRET EDE BİLMİRDİ.
mumuminin tərəfindən 04-01-2011 09:28:31 tarixində yazıldı
Hizbullaha salam olsun
Salam olsun Hizbullahi mominlere dedikleriniz haqq sozdur and olsun!!! Allah seni qorusun inwallah. Siz haqq severlerin ureyini oxuyubsuz.Sizinle tamamile raziyiq.Zalim rejimin sonu catibdir inwallah.Biz Aeriyik Turkuk yahudi va ya nesrani deyilik.Bizim qeyretimiz var,ona dil uzadanin dilini,el uzadanin elini keserik Biiznillah.El-Movut,El-Movut,El-Movut Israil. Merc-Merc Amrika. HEr kes bunu yaxwi bilsin HIZBULLAHI QALIBUN!!!
QASIM RUSTEMOV tərəfindən 05-01-2011 10:30:58 tarixində yazıldı
Yaşasin Hacı MÖVSÜM.Yaşasin haqqa ləbbeyk deyen insanlar.Haci bu insanlarin cirkin əməllərinin bir qismin diyib.onlarin çox şərəfsiz və cirkin əməlləri var. Haci Allah sizi bizdən əsirgəməsin.
ruhullah tərəfindən 05-01-2011 10:37:25 tarixində yazıldı
mucahid
Allah teala mucahidleri evde oturanlardan ustun qerar vermishdir. Qardash seninle ferxr edirik. Gerek butun muselmanlar senin arxanda olsun.Eger sene bir shey etsenler hami bilecek ki, senin bu cixishina goredir
Mufezzel tərəfindən 05-01-2011 15:01:51 tarixində yazıldı
Bismillah!
Bismillah!Labbeyka ya Huseyn!Haci ALLAH (c,c)seni yerin goyun belasindan hifs elesin ve aqibetini xeyirli etsin inseallah!O ki,qaldi cixisha ehsen sene Haci aga ehsen!Inseallahki dushunulmush bir addimdir.ALLAH bizleri axir zaman hiylelerinden hifs elesin ve en esasi aqibetimizi xeyirli elesin.Size ve bu sherefli yolda ugurlar arzulayiram!Vesselam
ƏLİƏSGƏR tərəfindən 05-01-2011 18:48:17 tarixində yazıldı
ALLAHU ƏKBƏR
Çıxışınıza görə ALLAH sizdən razı olsun.Biz də bu haqq yolunda sizinləyik.İslam dini ən gözəl dindir.İslamdan ayrı düşən əxlaqdan ayrı düşür.Bizi ancaq axırıncı imamın (HZ.MEHDİ.əleyhüssalam)zühuru qurtara bilər.ALLAH onun(HZ.MEHDİNİN)zühurunu təcil etsin.AMİN!!!
Allah qulu tərəfindən 06-01-2011 13:12:41 tarixində yazıldı
Təşəkkür
Allah haci kimi kişilərin sayini Azərbaycanda artırsın.Əsl Huseyn məktəbinin davamçisi olmaq bax budur.Allah hifz etsin.Allah nitqinə bərəket versin.Amin
Behram Yeqini tərəfindən 06-01-2011 23:42:37 tarixində yazıldı
Ehsen tu,ehsen
Bismillah.Haci halal olsun size kash butun dindarlar sizi kimi merd olaydilar,onda zalimlar bu cur fitne yaratmagada curet etmezdiler.Allah bu zalim dovleti tezlikle mehvi-nabud etsin amin ya REBBEL-alemin!
Agayev Aga tərəfindən 07-01-2011 09:22:39 tarixində yazıldı
munas
Allah hamiya komek olsun
Agaquluyev Ali tərəfindən 07-01-2011 09:35:54 tarixində yazıldı
dehwet
deyirler qadaga legv olunacaq
Babayev tərəfindən 07-01-2011 09:51:19 tarixində yazıldı
sebr
hamiya sebr arzulayiram
Iqrar Mirzaliyev tərəfindən 08-01-2011 12:02:51 tarixində yazıldı
Iqrar
Allah razi olsun.ureyimnen dikan cixdi.hemd olsun ki sizin kimi haqqi demeyi bacaranlar var.INSALLAH meneviyyatli Azerbaycan xalqi arxanizdadi.Allah zalimlere lenet elesin.
fariz bayramli tərəfindən 08-01-2011 22:04:04 tarixində yazıldı
ALLAH SIZDAN RAZI OLSUN HACI NA YAXWI KI SIZIN KIMAILAR VAR BU ZAMANDA
ALLAH RAZI OLSUN HACI NA YAXWI KI SIZIN KIMILAR VAR BU DUNYAMIZDA ALLAH ZALIMA LANAT ELASIN INWALLAH
Furqan tərəfindən 08-01-2011 23:29:35 tarixində yazıldı
ALLAHU AKBAR
Əziz qardaşlar və bacılar biz hərəmiz boynumuza düşən vəzifəni əla biliriy.Bizim vəzifəmiz ALLAH yolunda son damla qanımıza qədər mubarizə etməydi.ALLAH kafirlırə münafiqlərə müşriklərə lənət eləsin.Mumin bacı qardaçlarımıza layiqincə ALLAH yolunda mübarizliy əta etsin İNŞALLAH !!!
Elxan tərəfindən 09-01-2011 23:08:34 tarixində yazıldı
ALLAH senden razi olsun ki bu cur duzgun sozleri deyirsen Azerbaycandada Shahliq dovrunu qoruyurlar. ALLAH Muaviyeye de ve onun oghlu Yezidede LENET etsin!!!
Fatima Ali tərəfindən 10-01-2011 15:28:12 tarixində yazıldı
Allah razi olsun sizden ay haci.Allah lenet elesin bunlara.
Abdul Huseyn tərəfindən 10-01-2011 18:24:02 tarixində yazıldı
Haaqa dogru
Allah tala razi olsun sizden ve haqqi deyenlere ve mudafie edenlere
Aydin tərəfindən 10-01-2011 21:00:17 tarixində yazıldı
Azerbaycanda haqsizliq bash alib gedir ve bunun axiri cox pis olacak, ve duyada bunun cox bariz numuneleri var. Ne qeder gec deyil ucuruma geden yoldan donsunler
Kamran Beshir tərəfindən 10-01-2011 21:36:38 tarixində yazıldı
As salamun Aleykum ... Ya ALLAH heci ALLAH senim hifz edsun sen hz Huseyn mektebinin davamcisisan.... Sonuna kadar mubarize etmeliyik, ALLAHIM bizleri Hz Ebelfezl ardicili et AMIN!!!!
hashimi tərəfindən 11-01-2011 15:15:11 tarixində yazıldı
din namusdur
EY Azerbaycanin muselman xalqi! bilin ve agah olun! bu sozler Imam Huseyn (e)in ashura gunu etdiyi xutbesinden bir bolumun azeri dilince teleffuzudur.Zamaninda Imam (e) da bu xutbenin qarshiliqini bilerek soyledi, hec shubhe etmirem ki Haci da bashina gelenleri bilerek hereket etmishdi.Amma siz ey haqqi taptalanan xalq!Bu yolu tutan mubarek insanlarin tek shuari var o da:zalime dushmen,mezluma dost!onlar danisharaq haqqi uzerlerinden goturduler! indi ise soz siz eziz MILLETINDIR! artiq dostla dushmani secme vaxtidir! UNUTMAYIN DIN NAMUSDUR !!!
Ramal Musayev tərəfindən 11-01-2011 17:08:39 tarixində yazıldı
Lebbeyk Ya Huseyn
Eshq olsun Azerbaycanin merd oglanlarina. Allah qapivi achsin Haci.
SÉ™nan Şəmkirli tərəfindən 11-01-2011 21:32:21 tarixində yazıldı
Salam Olsun Zulme bash eymeyenlere !!!
Salam Olsun Zulme tabe olmayanlara, Allah bizi oz vezifemizi bilib emel edenlerden etsin , Allah Movsum Semedov kimi sozunu deyib haqqini teleb edenleri bashimizin ustunden eksik etmesin , qardash ve bacilar unutmayin ki, Haqq hemishe qalib gelib inshallah da ki, qalib gelecekde gerekki biz oz vezifemizi bilek ve emel edek, Allah bizi haqqimizi teleb edenlerden zulme tabe olmayanlardan etsin , gerekki haqq ugrudan axiracan mubarize aparaq eger sehv etmiremse Peygemberimiz buyurub eger butun kainat Imam Ali (a) qarshi olsada bilinki haqq onunladi siz onun terefden kecin , Inshallah ki, bu yolda mubarize aparmaq haqq ugrundadi. Neceki Seyyid Mubariz Ibrahimov qardashimiz oz sehidliyi ile kimlerese ibret oldu...Allah lent elesin bunlara o qeder qudurublarki xalqin namusuna tecavuz edirler , utanmadan ruhani ve dindarlari hansisa behanelerle hebs edirler ... Allah bu yolda bize komek olsun .... Inshallah ki, Allah BUTUN PROBLEMLERIN HELLI OLAN 120CI IMAM HZ.QAIMIN, ZAMANIMIZIN IMAMI SAHIBZAMANIN , HOCCETIMIZIN ZUHURUNU TECIL ETSIN. Allah komek olsun haminiza ... herkesin bir vezifesi var belkede cox danishdim haqqinizi halal edin en azindan mubarize aparmaga ve.s ishlere imkanimiz catmirsa elimiz hech neye catmirsa en azinda bu ishi gorenlere gunde 100 lenet yollaya biler ve ya 1 ziyareti ashura oxuya bilerik !!!
Elcin XL tərəfindən 14-01-2011 20:15:21 tarixində yazıldı
Salam
Allah Haci qardasimizdan razi olsun!insAllah tezlikle azadliga cixar.indi bu serefsizder onun ustune belebir mecelle qoyacaqlarki guya buna gore tutulub bular bele qansizdi namuzsuzdu.hami bilirki neye gore tutldu hqq ugrunda.guya demakratiya yaranib helebir gununde qeyd edirler tupurum sizin demokratiyaza Allah sizin basdan axira kimi kreslodaki melunnara lenet etsin!
elcın mahmudov tərəfindən 15-01-2011 10:21:35 tarixində yazıldı
SENINLE FEX EDIRIK
SALAM ALEYKUM...SIZI KIMISILER COX OLSUN AGA. HAQSIZ KELIMEN YOXDUR. KIMSENIN DEMEDIYINI SIZ DEDINIZ. YASASIN MOHSUN AGA.
ilkin Agazade tərəfindən 16-01-2011 16:30:45 tarixində yazıldı
ehsen Haci....
Allahin salami olsun size, sizin timsalinizda butun haqq asiqlerine, batile nifret edenlere.... Allahin leneti olsun hicabla mubarize aparan hakimiyyete....
haci imamverdi tərəfindən 18-01-2011 17:21:28 tarixində yazıldı
Allah hacidan razi olsun ki,ureyimizdekileri deyir.Allan yezide ve yezid kimi zalimlere lehnet elasin.
Seyid tərəfindən 22-01-2011 21:52:48 tarixində yazıldı
Hicaba qarşı çıxmaq-ALLAHA qarşı çıxmaqdır.Bu nə curət? Bəzən imam Huseyni(r.a.)Yezidin qarşısında tək qoyaraq,Ona xəyanət edən Kufəliləri tənqid edirik və duşunuruk ki,o zaman orada olsaydıq,şubhəsiz İmamın yanında olardıq.Allah bizi bu gunun Yezidi ilə imtahan edir.Onun qarşısında Huseyn kimi qəhrəmanlar deyil,köməksiz hicablı qızlarımız qalıb.Onları qorumaq əvəzinə susuruqsa,İmama xəyanət edən Kufəlilərdən fərqimiz nədir? Gələcək nəsillərin bizi də xəyanətkar və qorxaq adlandırmalarından qorxuram.Hələ ALLAH-a nə cavab verəcəyik???
HEZIN tərəfindən 22-01-2011 21:53:39 tarixində yazıldı
ISLAM
ALLAH HACIYA KOMEK OLSUN,O HEQIQETI SOYLEYIB,ALLAH BİZLERİ IMAM ZAMAN(Ə)-IN ZUHURUNUN TEZLEŞMESİNDE İŞTİRAK EDENLERDEN ETSİN,AMİN.
Araz tərəfindən 25-01-2011 07:27:34 tarixində yazıldı
Islam haqq dindir. Batil kim olursa olsun ona etiraz elemekde vacibdir. Salam olsun heqiqi muselmanlara. Semedova AzAdliq!!!
Murad tərəfindən 27-01-2011 16:46:54 tarixində yazıldı
Ya allah
Allahin salami olsun sene ey haci Mohsun Senki hecneden cekimeyib bu sozleri demisen allah seni oz penahida saxlasin senin dediyin kimi indi yezid dovrudu o zamanda IMAM HYSEYN(s) oz basindan kecib dini qutardi sende indiki dovrde ele bir addim atirsan Allah seni agam Huseyne xatir bagislasin AMIN
Mehman tərəfindən 23-02-2011 tarixində yazıldı
Qarabag əlilinin fəryadına səs ver ey yatmış xalq
Bir ölkənin prezidenti FƏRARİDİRSƏ o ölkədə hansı İslam mmədəniyyətindəm İslam dəyərlərindən mədəniyyətdən mənəviyyatdan qanundan danışmaq olar.mən 1-ci qrup Qarabag əliliyəm ilham əliyev Şəhid ailəsinin Qarabag əlilninin şikayətinə baxmayır görün adi vətəndaşın başına hanı eybəcər insanlıqdan kənar oyunlar açırlar.
Faiq tərəfindən 18-03-2011 tarixində yazıldı
Mövsüm Səmədov: "Bu gün Azərbyacan xalqı belə bir zalım rejimin və onun Yezid sifətli rəhbərin gərək hakimiyyətinə son qoysun. İnanın bundan o tərəfi yoxdu. İnanın bundan o tərəfi böyük bir faciələrdi. Yəhudilər burada nələr hazırlayıb? Yezid ibni Müaviyənin ətrafında əgər yəhudi və nəsranilər məşvərətçi kimi var idisə, indiki hakimiyyət tam surətdə yəhudilərin ixtiyarıdadır, əzizlərim. Hara istəyirlərsə, ela o istiqamətə də Azərbaycanı aparırlar. Bu gün Azərbaycan xalqını bu zülmün qarşısında durmamağa dəvət edirəm və bu zülmün qarşısını almağa çığırıram. Allah Quranda buyurur ki, (in yənsurukumullah fəla ğalibə ləkum) “Əgər Allah-Təala bizə yardımçı və köməkçi olsa, heç bir kəs bizə qalib gələ bilməz”. Və bu gün Allahın bir bəndəsi kimi, Perğəmbərin (s) bir ümməti kimi bizim hər birimizin vəzifəsidir ki, zülmü bilək, insanlara çatdıraq və onun müqabilində duraq." Hacı kimi qorxmaz liderə çox ehtiyacımız var...
Kazım tərəfindən 18-03-2011 tarixində yazıldı
Mövsüm Səmədov: Necə ki, Yezid ibn Müaviyə “Lat” və “Uzza” kimi bütləri səhnəyə gətirib insanları bütpərəstliyə dəvət edirdisə, bu gün Azərbaycan cəmiyyətində də Heydər Əliyevin bütünü təşkil edib cəmiyyəti onun altından keçirdirlər ki, camaat bu bütə sitayiş etsin. Allah zalımların bəlasını tezliklə verəcək...
Aynura tərəfindən 22-03-2011 tarixində yazıldı
Hacı Mövsümlərə eşq olsun! Azadlıq sevərlərin lideri Mövsüm Səmədov!
Revan tərəfindən 25-03-2011 tarixində yazıldı
chox qeribedi ki, Movsum Samedovu demokratiya isteyi, yeni-AZADLIQ ustunde tutublar, amma butun gunu oz istedikleri "demokratiya" sozunu demekden milletimizin qulagi kar olub... Gor kimlerin elinde qalmishiq...
Zamiq tərəfindən 26-03-2011 tarixində yazıldı
"Bu gün Azərbaycan xalqını bu zülmün qarşısında durmamağa dəvət edirəm və bu zülmün qarşısını almağa çığırıram. Allah Quranda buyurur ki, (in yənsurukumullah fəla ğalibə ləkum) “Əgər Allah-Təala bizə yardımçı və köməkçi olsa, heç bir kəs bizə qalib gələ bilməz”. Və bu gün Allahın bir bəndəsi kimi, Perğəmbərin (s) bir ümməti kimi bizim hər birimizin vəzifəsidir ki, zülmü bilək, insanlara çatdıraq və onun müqabilində duraq." Mövsüm bəyin bu sözü zülmlə barışmamağını sübut edir. Digərləri kimi bu fejimə heç vaxt tabe olmayacağıni öz şücaəti ilə sübut etdi... ...Oyan ey millət...
Ferid tərəfindən 08-04-2011 tarixində yazıldı
M.Səmədov baş verənləri ölkəmizin və xalqımızın günahsız insanlarının faciəsi kimi qiymətləndirərək bütün vətəndaşları ayıq-sayıq olmağa, onları arzuolunmayan istiqamətə sürükləmək istəyən xəbis qüvvələrə qarşı vəhdət halında mübarizə aparmağa, müqavimət göstərməyə çağırıb.
Elnare tərəfindən 23-04-2011 tarixində yazıldı
Mənim illərdir ürəyimdə olan sözləri deyib. Allah onun ailəsinə səbr versin.
Troya tərəfindən 23-04-2011 tarixində yazıldı
Bu islamcilardan hech xosum gelmirde mecbur deyilki qardash. Amma bu kisihi kimdirse Ele bil atalarin yandirib. Ona gore tutub basiblar iceri. Hala olsun beee
Erkin tərəfindən 26-04-2011 tarixində yazıldı
Bəli, məncə bunlar deyilməlidi ki, camaat agah olsun qaranlıq işlərdən, Görəsən müxalifət bunları bilmir? bəs bilirsə niyə demir? Demeye curet olmur
Elnur tərəfindən 26-04-2011 tarixində yazıldı
Hacı xalqın sozunu dedi
samir tərəfindən 10-05-2011 tarixində yazıldı
Haci hamimizin istediyi, amma deye bilmediyi sozu dedi...
Elçin tərəfindən 23-05-2011 tarixində yazıldı
Halal olsun! siyasi müxalifətin illərlə gücənsə də dilinə gətirə bilmədiklərini siz bir çıxışınızla etdiz. həm də bununla 100 minlərlə cəsarətsiz insanlara parlaq nümunə olduz. Allah qapınızı açsın.
mezlum tərəfindən 24-06-2011 tarixində yazıldı
salam olsun hicab mehbuslarina.sen heqiqetende aqamiz huseyn a.-in yolunun davamcilarindansan.boyuk allah yardimcin olsun
Mayis tərəfindən 28-06-2011 tarixində yazıldı
Allah bütün İslam müdafiəçilərinə kömək olsun!
eldar tərəfindən 28-06-2011 tarixində yazıldı
Allah qapisini acsin
Seymur Kerimov tərəfindən 02-07-2011 tarixində yazıldı
Bu rejimin yaxsi sifetini achdi....Lezzet eledi...Men dindar olmasamda Movsumun cixishi mene cox lezzete eledi..Allah qapisini achsin
AQRANOM tərəfindən 05-07-2011 tarixində yazıldı
doktor Semed eslinde azadliqdadir biz zindandayiq
Zaur tərəfindən 12-07-2011 tarixində yazıldı
Mövsüm Səmədovun məhkəmədə hakimi susdurduğu cümləsi : "Hakim Eldar İsmayılovun Mövsüm Səmədovdan iş yeri barədə sualına müttəhim, "mən Azərbaycan İslam Partiyasının sədriyəm", - deyə cavab verib. E.İsmayılov İslam Partiyasının "qeydiyyatının olmadığını" söyləməsinə isə qarşı tərəfin cavabı belə olub: "AİP 1992-ci ildə dövlət qeydiyyatına alınıb, lakin 1996-cı ildə qeydiyyatı ləğv olunub. Qeydə alınmasına ehtiyac yoxdur, Azərbaycan İslam Partiyası kökündən qeydiyyatdadır bu xalqın qəlbindədir."
sarvan eyvazov tərəfindən 12-07-2011 tarixində yazıldı
...
cox super deyib... haqq soze ne demek olar... halal olsun emelde huseyn awiqi olan wexse...
RAMIZ tərəfindən 14-07-2011 tarixində yazıldı
Allah qapisini açsın, Haqq deyənləri həmişə susdurmaq üçün həbs edirlər... bunun səbəbi isə qorxaqlıqdandı...
ismayil tərəfindən 27-07-2011 tarixində yazıldı
halal olsun bele merd kishilere...
Kamran tərəfindən 09-11-2011 tarixində yazıldı
Allah Haci Movsum qardsimizdan razi olsun. O bizlerin hamimzin qelbinde olani lakin deye bilmediyimizi dedi..... Allah bu rejimi mehv etsin
yetim tərəfindən 14-12-2011 tarixində yazıldı
lebeyk
Yezid menim kimiler hec vaxt senin kimilere bas eymeyecek! Hz. Huseyin.
Əli Qulu tərəfindən 05-03-2012 tarixində yazıldı
M.Səmədovun ahı zalımları tutmaq üzrədir. Nə olsun İ.Musa-Kazimi də zindana salmışdılar.Amma h aqq həmişə qalibdir. Millət onun ətrafında sıx birləşin.Hacıya dəstək olun.
Samir tərəfindən 10-05-2012 tarixində yazıldı
HEYHAT MINNE ZILLET!
Haci Movsum Semedov azadliga cixib, zindanda olan bizlerik! Haci zilletden izzete cixdi, biz ise zilletdeyik!
Elkhan tərəfindən 11-05-2012 tarixində yazıldı
Allahin salami olsun Haciya
NurÉ™ddin Muxtar tərəfindən 11-05-2012 tarixində yazıldı
Sübh çağinin şəfəqi
Bismillah.Möhsüm Səmədov bizə nümunə oldu bəs biz neyləyirik?Əziz şiə qardaşlarim biz bu mucahid və imam ƏBA SALEHİN davamçisinin yolunu eynən təqlid etməsək deməli TƏVVABİNLƏRİN AQİBƏTİNİ YAŞAMAĞİMİZ QAÇİLMAZDİR VƏ SƏMƏDOVA XƏYANƏT ETMİŞ OLURUQ.Bu yolda susmaq xəyanətdən başqa hçnə demək deyildir.
Ibrahim tərəfindən 27-05-2012 tarixində yazıldı
Haqqi De
Salam Haci bu rejimin axrina az qalib. InsaAllah bu yaxinlarda onlarin ozunu zindana salib orada curudeceyik.
Hekime tərəfindən 15-06-2012 tarixində yazıldı
Hacı!Sene qurban olaram!
Fariz tərəfindən 01-07-2012 tarixində yazıldı
BAGISLA HACI
Bagisla Haci bizi.artiq senin haqqi izhar elediyin vaxtdan il yarim kecib.bu hadiseden 1 hefte sonra ise seni gulunc ve yalan ittihamlarla hebs etdiler.Amma il yarimdir sen `iceridesen`.biz senin arxanca gele bilmedik Haci.Biz birlesib yumruq ola bilmedik.Ve bunun da acisini cekirik ve cekeceyik. Allah qapini acsin.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 03:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com