Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

18 Mart

2017
10:36
662
AİP Novruz Bayramı münasibəti ilə məhbus ailələrini təbrik edib

Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruzda insanlar mehribanlıq nümayiş etdirir, bir-birlərinə baş çəkir, dərdlərinə şərik olur, mərhəmət və diqqət göstərirlər. Qarşıdan gələn bahar bayramı həm də şəfqət göstərmək, əl tutmaq, sevinc bəxş etmək üçün bir vasitədir.

FaktXəbər-in "İslamınsəsi"nə istinadən verdiyi məlumata görə, bu məqsədlə Azərbaycan İslam Partiyası (AİP) bayram ərəfəsində bir qrup şəhid və məhbus ailələrinə bayram sovqatı təqdim edərək, onları bu gözəl el bayramı münasibətilə ilə təbrik edib, ən xoş arzularını bölüşüb. Şəhid və məhbus ailələrinə Allahdan səbir diləyib.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru