Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2018
13:50
4082
AİP-in növbəti baş məclisi keçirilib - FOTO

Bu gün Azərbaycan İslam Partiyasının(AİP) növbəti Baş Məclisi keçirilib.

Tədbir Qurani-Kərim ayəsinin oxunuşu və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsiylə başlayıb. 

Daha sonra toplantı iştirakçılarına Baş Məclisin gündəliyində duran məsələlər; AİP-in fəaliyyəti və həyata keçirdiyi tədbirlər, ölkədə ictimai-siyasi durum, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, AİP sədri Hacı Mövsüm Səmədov və digər islamçı məhbuslar barədə yeniliklər, partiyanın rayon təşkilatı sədrlərinin komitə və bölgə haqda informasiyaları barədə məlumat verildi.

İlk söz alan AİP-in sədr əvəzi Hacı İlham Əliyev məhərrəmlik günləri ilə əlaqədar hamıya baş sağlığı verdi. İlahiyyatçı- alim Kərbəla hadisələrinin təhlilini apararaq vurguladı ki, sevimli Peyğəmbərimiz zamanında İslam ümmətinin inkişaf etməsinə baxmayaraq təxminən 50 il sonra özlərini müsəlman adlandıran ümmət Peyğəmbər Əhli Beytini şəhid etdi:  “Nə baş verdi ki, cəmiyyət belə sərgüzəştə mübtəla oldu?  İmam Hüseyn Əleyhissalam öz hədisində bunun cavabını verib. İmam buyurur:  “Camaat dünyanın bəndəsidir, din isə onların dillərinin ucundadır. İmtahan məqamı gələndə isə həqiqi dindar çox azdır”

Sədr əvəzi sözünün davamında Quran ayəsinə toxundu: “Allah Təala Qurani-Kərimin bir ayəsində buyurur:  “Ey möminlər, nə olub sizə? Sizə deyəndə ki, Allah yolunda hərəkət edin, ağırlaşırsız və yerə yapışırsız. Dünya həyatına qane olursuz”. Burada Allah Təala mömini məzəmmət edir. Namaz, oruc, xums, zəkat... əlbəttə bunların hər biri gözəldir, lakin bunlar dünyadan istifatə etməyə yox ona xidmət etməyə səbəb olmalıdır. İman həyatın fəlsəfəsi olmalıdır.  İnsan bu düyünü aça bilsə həyatını nizamlaya bilər”.

Hacı İlham Əliyev İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədov barədə məlumat verdi. Sədr əvəzi bildirdi ki, vəkil vasitəsiylə Mövsüm Səmədovla mütəmadi əlaqə saxlanılır, partiyanın bütün işləri haqda Hacıya məlumatlar verilir və məsləhətlər alınır.  Hacı Mövsüm Səmədovun səhhətinin və əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirildi. 

Daha sonra söz Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərliyə verildi.

Sədr müavini ölkədə baş verən ictimai- siyasi məsələlərdən söz açdı. Nazirlər kabinetinin son iclasına toxunan Akif Heydərli orada verilən hesabatların cəmiyyətin mövcud durumu ilə ziddiyyət təşkil etdiyini bildirdi. Ailə münaqişələri, artan intihar hadisələrini, cəzasızlıq mühitinin ölkənin əsas problemi hesab etdiyini vurğuladı.

Sentyabrın 29-u keçirilən Qarabağ mitinqində iştiraka toxunan natiq partiyanın məramını, Qarabağ mövzusunda sərgilədiyi mövqeyin tribunadan səsləndirilməsini müsbət qiymətləndirdi: “Bəzi insanların emosional durumuna nəzarət edə bilməyərək, müxtəlif atmaca və yersiz ifadələrin isə əslində o şəxslərin həqiqi simasının cəmiyyətə tanıdılmasına, bizim isə müfəfəqiyyətimiz və uğurumuz kimi qiymətləndirirəm”

Tədbir komitə sədrlərinin və partiya funksionerlərinin hesabat xarakterli çıxışları ilə sona çatdı.

Məqalədə : AİP baş məclis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
456

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
45

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
970

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2798

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2659

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1961

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1276

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1943

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2793

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
95
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 03:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru