Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
15:05
399
ANADANGƏLMƏ HİPOTİREOZ - Müalicənin gec başlanması ciddi əqli geriliyə səbəb olur

Anadangəlmə hipotireoz qalxanabənzər vəzin uşaqlar arasında ən çox rast gəlinən xəstəliklərindən biridir. Xəstəliyin əsasında qalxanabənzər vəzi hormonunun çatışmazlığı dayanır. Müalicənin gec başlanması Mərkəzi Sinir Sistemində (M.S.S) geriyə dönməz dəyişikliklər fonunda ciddi əqli geriliyə səbəb olur.

FaktXəbər-in məlumatına görə, ATU-nun Tədris Terapevtik Klinikasının pediatrı, endokrinoloqu İlsur Novruzov  anadangəlmə hipotireoz zamanı vaxtında müalicələrə başlamaqla tam normal əqli inkişafın mümkün olduğunu deyib.     

“Xəstənin tam normal əqli inkişafına yalnız həyatının ilk ayında müalicəyə başlamaqla nail olmaq mümkündür. Müasir dövrümüzdə bir çox dünya ölkələrində anadangəlmə hipotireozun erkən diaqnostikası məqsədilə bütün yenidoğulmuşlara skrininq test aparılır. Bu məqsədlə bütün yenidoğulmuşlardan həyatının 4-5-ci günündə damcı şəklində(6-8 damcı)qan götürülür. Xəstəliyin aşkar olunduğu hallarda zaman itirmədən elə ilk aydan əvəzedici terapiya şəklində  müalicəyə başlanılır”.

Endokrinoloq onu da qeyd edib ki, qalxanabənzər vəzi xəstəliyi olan anaların övladlarında M.S.S –nin patologiyasının inkişaf riski daha yüksək olur.

“Xəstəliyin gec diaqnostikası zamanı uşaqda fəsadlar meydana gəlir. Bunlara tipik ödemli (şişkin) üz quruluşu, qəbizlik(5-10 gündən bir), səsin kobud olması, uşağın süst olması, dəri quruluğu, fizioloji sarılığın uzun çəkməsi, göbək yırtığı, göbəyin gec düşməsi, psixomotor inkişafın kəskin geriliyi kimi hallar daxildir. Xəstəliyin erkən diaqnostika və müalicəsi uşağın normal fiziki və əqli inkişafını təmin etmiş olacaq. Ümid edirik ki, respublikamızın bütün doğum evlərində adi çəkilən skrininq test adi laborator müayinələr sırasına  daxil edilər”.

Məqalədə : Anadangəlmə hipotireoz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru