Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
08:40
1093
Amerikaya məxsus 2 təyyarə Yaponiyada toqquşdu

Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinə məxsus "F/A-18" tipli bombardımançı və "C-130" tipli yanacaqdolduran təyyarə gecə saatlarında Yaponiya sahillərində toqquşub.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun bəyanatında bildirilir.

Hadisə yerli vaxtla gecə saat 02.00 radələrində qeydə alınıb. Hər iki təyyarə İvakuni bazasından səmaya qalxıb və plan üzrə uçuş həyata keçirib.

Təyyarələrin göyərtəsində neçə nəfərin olması barədə məlumat verilmir. Amma CBS telekanalının müxbiri Neri Uolş tvitter səhifəsində bildirib ki, C-130 təyyarəsində 5 nəfər, F/A-18-də isə 2 pilot olub.

Qəza yerində aparılan axtarış-xilasetmə işləri zamanı 2 nəfəri tapılıb.

Yaponiya Xarici İşlər Nazirliyi ölkə sahillərində baş vermiş qəza ilə bağlı ABŞ-dan hesabat istəyib.

Məqalədə : təyyarə qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
633

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1173
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 02:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru