Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

08 Noyabr

2016
11:21
917
Amerika yenotu Sabirabadda tələyə düşdü

Sabirabadda Amerika yenotu tələyə düşüb.

 

Sabirabad rayonunun Qaraqaşlı kənd sakini, Salman Muradov toyuq-cücəsini vəhşi çöl yırtıcılarından - tülkü, çaqqal və s. qorumaq üçün yaşadığı təsərrüfatda tələ qurub. Tələyə Aranda yaşamayan və rast gəlinməyən yırtıcı heyvan düşüb. Salman Muradov deyir ki, internetin köməyi tələyə düşən heyvanın Amerika yenotu olan “zolaqlı yenot” olduğunu müəyyənləşdirə biliblər.

 

Qeyd edək ki, yenotlar Amerikanın mülayim və tropik ərazilərində, Kanadanın cənubundan Argentinaya qədər ərazilərdə yaşayır. Bəzi yenotlar son 50 ildə insanların vasitəsilə Avropaya gətirilib. Əsasən düzən meşəliklərdə yaşayan qiymətli xəzi olan yenotların nümayəndəsinin Sabirabad rayonunda necə peyda olması maraq doğurur.

 

Yenotun necə qidalandığını internetdən öyrənən sakinlər jeyvana həmin qidalardan verirlər.

 

Yenota rayon baytarları da baş çəkib. Murad Salmanov deyir ki, yenotun ayağı sağaldıqdan sonra onu zooparka təhvil verməyi düşünürlər. (APA)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : Amerika yenoy Sabirabad 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com