Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
11:07
381
Amerika MKİ öz sıralarında WikiLeaks informatorunun ovuna çıxıb

Mərkəzi  Kəşfiyyat İdarəsi Federal İstintaq  Bürosunun köməyi ilə öz sıralarında WikiLeaks-in informatorunun ovuna başlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə  CBS telekompaniyası xəbər yayıb.

Mənbələrə istinadən  telekanal vurğulayıb ki,  WikiLeaks-in mart ayında yayımladığı məlumatlara girişi olan  MKİ əməkdaşları və sıravi podratçılar arasında axtarırlar.

Məlumatlara bir neçə yüz adamın giriş imkanı olub. İstintaqçılar onların  hər birini ayrılıqda yoxlayır.

Qeyd edək ki, WikiLeaks martın 7-də MKİ-nin istifadə etdiyi müxtəlif  kibercasusluq üsullarına açıq giriş qoymuşdu.

Məsələn, məlum olub ki, Lenqlinin  qurumu başqasının bayrağı altında  kiberhücumlar həyata keçirə bilər, mobil telefonlar, həmçinin müxtəlif texnoloqiyalar vasitəsi ilə insanları izləməyə imkan verən xüsusi proqromlar hazırlayıb.

Sonuncu WhatsApp və Telegram daxil olmaqla bir sıra mesencerlər də vudiotrafik və elektron məktubları oxumağa imkan verir.

Bundan başqa  MKİ və britaniya kəşfiyyatı Samsung Smart TV  çoxfunksiyalı televizorlarından dinləmə qurğusu kimi istifadə etməyə imkan verən üsul tapıblar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru