Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

28 Fevral

2017
11:44
1055
Almeyda Azərbaycan millisinə gəlir - FOTO

AFFA "Qarabağ"ın legionerinin Azərbaycan millisində çıxış etməsi üçün hüquqi prosedurlara başlayıb. AFFA "Qarabağ" klubunun futbolçusu Riçard Almeydanın milliləşdirilərək, Azərbaycan yığmasına cəlb olunması üçün müvafiq hüquqi prosedurlara başlayıb.

FaktXəbər milli assosiasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, bu prosesə braziliyalı yarımmüdafiəçinin müraciətindən sonra start verilib. Almeyda AFFA-ya gələrək baş katib Elxan Məmmədovla görüşüb. O, Azərbaycan millisində oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığnı bildirib.

Qeyd dək ki, bu il Riçard Almeydanın Azərbaycanda yaşamasının 5 ili tamam olur. FİFA qaydalarına əsasən, bu halda futbolçunun həmin ölkənin yığmasında çıxışına icazə verilir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru