Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Avqust

2017
12:38
252
Almaniyanın müdafiə naziri: Türkiyə höküməti bizə hörmət göstərməlidir

FaktXəbər-in verdiyi məlumata görə, Almaniyanın müdafiə naziri Ursula von der Leyen bildirib ki, Rəcəb Tayyip Ərdoğanın rəhbərlik etdiyi Türkiyə günü-gündən Avropa İttifaqından uzaqlaşır. "Passauer Neue Press" qəzetinə açıqlama verən almaniyalı nazir Türkiyənin demokratiya və hüquqi dövlət prinsiplərindən uzaqlaşmasını sərt tənqid edib.

Türkiyənin qonşuluğundakı Suriya müharibəsindən təsirləndiyini və terror təhdidi ilə qarşı-qarşıya olduğunu ifadə edən Ursula von der Leyen, ancaq bunun hüquqi dövlət prinsiplərindən qopmaq, fikir azadlığını məhdudlaşdırmaq və alman vətəndaşlarını hüquqi dövlət prinsiplərinə zidd şəkildə həbsxanada saxlamaq üçün əsas olmadığını deyib: "Türkiyə hökumətinə qarşı çox səbir göstərilib. Rəsmi Ankara özünə qarşı tələb etdiyi hörməti bizə də göstərməlidir".

  

Qeyd edək ki, Türkiyə hökuməti iyul ayında alman deputatların Konyadakı bazada Almaniya əsgərlərini ziyarət etmək istəklərinə icazə verməmiş və bundan sonra ikitərəfli münasibətlər daha da gərginləşmişdi. Dünən NATO rəhəbrliyinin müdaxiləsindən sonra Türkiyə hökuməti alman deputatların ölkə ərazisinə daxil olmasına icazə verib. 

Məqalədə : Türkiyə-Almaniya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru