Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

11 Avqust

2015
16:18
6127
Alman turistlərin qaçqınlara bağışladığı avtomobillər yoxa çıxıb - FOTO

Xatırlayırsınızsa, "Eurovision-2012" mahnı yarışmasını izləməyə gələn bir qrup Almaniya vətəndaşı qayıdarkən gəldikləri şəxsi avtomobillərini Bakıda qoyub getmişdilər. Özləri isə ölkələrinə təyyarə ilə dönmüşdülər.

Həmin ərəfələrdə yayılan məlumatlara görə, almaniyalı turistlər «Allgeau-Orient» adlı avtorallinin iştirakçıları olublar. Onların dediyinə görə, Almaniyanın Oberstaufen şəhərindən aprelin 28-dən başladıqları avtorallini Qobustanda başa vurublar. Bu avtoyürüşdə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) iştirak edib. Onlardan 240 nəfəri gəldikləri avtomobilləri Azərbaycandakı qaçqın və məcburi köçkünlərə bağışlayıblar. Lakin bu iş ilkin baxışdan almanların səxavəti kimi xarakterizə olunsa da, əslində onlar həmin ərəfədə sözügedən köhnə maşınlardan qurtulmaq üçün belə addım atmışdılar. Buna səbəb isə Almaniyada köhnə maşından istifadəyə və “ölüxanaya” qoyulmasına görə alınan vergilərin yüksək olması idi. Görünən budur ki, həmin dövrdə almanlar, köhnə maşınlarını qaçqınlara edilən yardım adı altında başlarında etdilər.

Həmin dövrdə gündəmi ən çox zəbt edən məsələlərdən biri də sözügedən maşınların qaçqınlara verilməməsi ilə bağlı idi.  Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bu illər ərzində bir neçə dəfə açıqlama verərək həmin maşınların qaçqınlara verilməyəcəyini söyləmişdi. Elə həmin vaxtdan etibarən maşınlar Binəqədi rayonu ərazisində saxlanılırdı. Bu günə qədər jurnalistlər açıq hava altında illərdir çürüyən, lakin ehtiyaclı ailələrə paylanılmayan həmin avtomobillərlə bağlı bir neçə dəfə araşdırma hazırlayıblar. Lakin bu günlərdə sözügedən ərazidən keçərkən avtomobillərin orada olmadığını müşahidə etdik. Bunun səbəbini həmin ərazidə oturan şəxslərdən birindən soruşduq. Bildirdilər ki, maşınlar artıq bir neçə müddətdir ki, Bayram Səfərova məxsus xüsusi əraziyə aparılıb. Həmin ərazi Binəqədi rayonunda yerləşir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru