Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Avqust

2018
15:33
Alman enerji nəhəngi Türkiyədən çıxır, yerinə SOCAR gəlir

Almaniyanın nəhəng "EWE Turkey Holding" şirkəti 2007-ci ildən girdiyi Türkiyə enerji bazarından çıxmağa hazırlaşır. FaktXəbər "Habertürk"ə istinadən bildirir ki, alman şirkətinin boş qalan yerini Azərbaycanın enerji nəhəngi ARDNŞ (SOCAR) dolduracaq.

"Bursagaz", "Kayserigaz", "EWE Enerji", "Enervis" və "Millenicom" olmaqla 5 şirkəti özündə cəmləşdirən Almaniya şirkəti Türkiyədəki səhmlərini satmaqla investorlarla keçirdiyi görüşləri də başa çatdırıb.

Hazırda ARDNŞ-ın ən yaxın rəqibi son dövrdə enerji sahəsində də investisiyaları olan "Kolin" şirkətidir. Enerji sahəsində bu aktivlər üçün ilkin məbləğ 200-250 milyon dollardır.

Qeyd edək ki, "Trans Anadolu" qaz boru kəməri layihəsi olan "TANAP"da böyük səhmdar olan ARDNŞ-ın Türkiyədə enerji sektorunda milyardlarla dollarlıq investisiyası var. ARDNŞ-ın İzmirdə inşaatı davam edən "STAR" neftayırma zavodu isə sentyabr ayında istifadəyə veriləcək.

ARDNŞ-ın yerinə keçmək istədiyi "EWE Enerji" illik 2-2.5 milyard kubmetrlik qaz tədarük həcmi ilə Türkiyənin ən böyük şəxsi topdan satış portfelini idarə edir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : SOCAR 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 18:35



  (+994 55) 786-96-84

  [email protected]m

Valyuta.com