Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

13 Sentyabr

2018
16:04
3729
Allahşükür Paşazadə Rusiyaya yollanır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə yola düşür.

QMİ-dən Faktxeber.com bildirilib ki, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etməkdir. Yaradılmasının 20 illiyi tamam olan Mərkəzin təsisçisi Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə Çerkessk şəhərində 15 sentyabr tarixində təntənəli toplantı keçiriləcək.

  

Qeyd edək ki, Mərkəz 1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) tərəfindən təsis edilib.

QXADŞ ilə Şimali Qafqaz müftiləri arasında əməkdaşlıq səviyyəsinin, koordinasiya işinin yüksəldilməsi məqsədinə xidmət edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə Şimali Qafqazın bütün müftiləri daxildir və sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevdir.

        

Əlaqələndirmə Mərkəzinin 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə təsisçi və təşkilatçı qurumun rəhbəri olaraq Şeyxülislam A. Paşazadənin məruzəsində Mərkəzin tarixinə, fəaliyyət uğurlarına dair məqamlarla yanaşı, Azərbaycan-Rusiya mənəvi əlaqələrinin qorunub saxlanılması, inkişaf etdirilməsinə verilən töhfələr, habelə Azərbaycan dövlətinin, onun liderinin bölgəmiz və dünya üçün əhəmiyyətli təşəbbüs və ideyalarının önəmi  vurğulanacaq.

          

Təntənəli ildönümü mərasiminə Rusiya Federasiyasının Prezident Aparatının məsul rəsmiləri, RF Şimali Qafqaz subyekti olan Respublikaların  rəhbərlərinin, RF digər respublikalarının dini liderlərinin, habelə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanının müavininin qonaq qismində qatılacağı nəzərdə tutulub.

Məqalədə : Allahşükür Paşazadə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Məsimli: Kəndlini aldada-aldada gedirlər

26

Aprel
19:44
MÜNASİBƏT
34

Rusiyada raket zavodu yanır - VİDEO

26

Aprel
18:19
DÜNYA
136

Aqrar sığorta üçün məbləğ açıqlanıb

26

Aprel
16:15
İQTİSADİYYAT
56

Azərbaycan polimer pula keçməyi planlaşdırır

26

Aprel
15:36
İQTİSADİYYAT
96
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2019 20:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru