Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Mart

2017
11:04
532
Allahşükür Paşazadə: Məzhəb ayrıseçkiliyi salan din xadimləri...

"Azərbaycanın bir sıra məscidlərində - istər Bakıda, məsələn Əjdərbəy məscidində, istərsə bölgələrdə, məsələn, Göyçayda, Xaçmazda, Qubada müxtəlif məzhəbdə olan dindarlar birlikdə namaz qılırlar".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə yap.org.az-a müsahibəsində deyib.

Şeyxülislam qeyd edib ki, bu, bizim həyat tərzimizdir və biz bununla qürur duyuruq: "Bu, eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir. Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi də hər zaman bu istiqamətdə təbliğat işi aparır. Məhərrəm ayının təziyə mərasimlərində sünni məzhəbindən olan din xadimlərinin iştirakı, Bakı İslam Universitetində hər iki məzhəbdən olan tələbələrin tədris prosesinin məzhəb ayrıseçkiliyi olmadan həyata keçirilməsi və s. İbadət proseslərinin, mərasimlərin məhz bu şəkildə - heç bir məzhəb təəssübkeşliyinə yol vermədən keçirilməsini təlqin edirik. Bu təşviqə uyğun olmayan davranış nümayiş etdirən din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar".

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru