Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Avqust

2017
21:32
434
Alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırladılar

Amerikalı alimlər qida məhsulları və kosmetik vasitələrin yararlılıq müddətini müəyyən edən etiketlər hazırlayıblar.

Etiketlər xüsusi maddə ilə işlənmiş kağızdan hazırlanıb. Bu maddə potensial təhlükəli kimyəvi birləşmələrlə qarşılıqlı təsir zamanı rəngini dəyişir. İxtiraçı Silvana Andresku bildirib ki, bu etiketləri müxtəlif məqsədlər, eləcə də qidada olan təhlükəli bakteriyaların aşkarlanması üçün istifadə etmək olar.

Etiketlərin sınaqdan keçirilməsi zamanı alimlər onların köməyi ilə kif göbələklərinin istehsal etdiyi, taxıl və qəhvədə tez-tez rast gəlinən zəhərli okratoksin A maddəsinin mövcudluğunu aşkar ediblər. Alimlər ümid edirlər ki, etiketlər bağırsaq çöpü, salmonella və digər təhlükəli mikroorqanizmləri aşkar edə biləcək.(Trend)

Məqalədə : yararlılıq müddəti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru