Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 Aprel

2017
15:34
558
Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 10-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 56200 nəfər elektron ərizəsini təsdiq edib. Aprelin 10-dək elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə aprelin 4-dək davam edəcək. Saat 14:15-ə olan məlumata əsasən, 14000 nəfər elektron ərizəsini təsdiq edib.
 
Qeyd olunan tarixə qədər elektron ərizəsinin  təsdiq edilməsini təmin etməyən şəxslər imtahana buraxılmırlar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru