Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Mart

2017
10:42
3831
Ali təhsilin magistratura səviyyəsində 20 yeni ixtisas yaradılıb

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na dəyişiklik edib.

Dəyişikliyə əsasən ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların sayı artırılıb.

Mədəniyyət və incəsənət ixtisasları qrupuna “İnstrumental ifaçılıq (musiqi alətləri üzrə)”, “Xanəndəlik”, “ Vokal ifaçılığı (sahələr üzrə)”, “Aşıq sənəti”, Dirijorluq (növlər üzrə)”, “Bəstəkarlıq”, “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Populyar musiqi və caz ifaçılığı”, “Xalq çalğı alətləri ifaçılığı (musiqi alətləri üzrə)”, “Aktyor sənəti (sahələr üzrə)”,  “Dekorativ sənət (sahələr üzrə)”, “Rejissorluq (sahələr üzrə)”, “Operator sənəti (sahələr üzrə)”, “Rəngkarlıq (sahələr üzrə)” , “Qrafika (sahələr üzrə)”, “Heykəltəraşlıq” və “Dizayn (sahələr üzrə)”ixtisasları əlavə edilib. Texniki və texnoloji ixtisaslar qrupuna isə neft-qaz mühəndisliyi üzrə “Yatağın qiymətləndirilməsi və idarə olunması”, kimya mühəndisliyi üzrə “Neft və qaz texnologiyası” ixtisasları əlavə edilib.

Beləliklə, ali təhsilin magistratura səviyyəsi üzrə mədəniyyət və incəsənət ixtisasları qrupunda ixtisasların sayı 2 dəfəyə qədər artırılıb. İndiyə qədər bu qrup üzrə ali təhsilin magistratura səviyyəsində cəmi 46 ixtisas olub. Dəyişikliyə əsasən bu qrupp üzrə 18 yeni ixtisas yaradılıb. 

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com