Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

16 Mart

2017
14:31
782
Ali məktəblər yenidən strukturlaşdırıla bilər

Ali təhsil müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək üçün gələcəkdə bu təhsil müəssisələrinin yenidən strukturlaşdırılması, ali təhsil müəssisələrinin şəbəkəsinə yenidən baxılması mümkün ola bilər.
 
Təhsil Nazirliyinin Aparat rəhbəri Fariz Rzayev deyib ki, optimallaşdırma keyfiyyət təminatı üçün əlavə resurslar xərcləmədən bütün imkanları səfərbər etməyə və nəticə etibarilə keyfiyyəti artırmağa xidmət edir. Optimallaşdırma ilə bağlı məqam “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da əsas xətt kimi nəzərdə tutulub.
 
Təhsil Nazirliyinin son dörd ildə optimallaşdırma ilə bağlı sistemli fəaliyyət göstərdiyini deyən F. Rzayev vurğulayıb ki, Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialı fəaliyyətini dayandırıb və Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib: “Eləcə də orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması gerçəkləşib, bir neçə orta ixtisas təhsili müəssisəsi ali təhsil müəssisələrinin tərkibinə qoşulub. İlk peşə-ixtisas təhsili müəssisələrinin optimallaşdırılması həyata keçirilir. Bakı və Gəncədə fəaliyyət göstərən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi 13 regional peşə təhsil mərkəzi kimi formalaşdırılıb”.
 
Aparat rəhbəri qeyd edib ki, ali təhsil müəssisələri öz strukturlarının optimallaşdırmasını davam etdirir, daha çevik idarəetmə mexanizmləri yaratmaqla müasir iqtisadiyyatın tələblərinə uyğun mütəxəssislər hazırlamağa çalışırlar. Onun sözlərinə görə, ali təhsil müəssisələrinin qarşısında duran əsas hədəf innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməkdir. Xarici ali məktəblərin Bakıda yaradılan filialları, birgə təsis edilən ali təhsil müəssisələri də bu məqsədə çatmağa xidmət edir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru