Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Aprel

2017
11:19
1085
Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib

Bu il Azərbaycan ali məktəblərə və kolleclərə sənəd verənlərin sayı açıqlayıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu il ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 85497 abituriyent ərizə verib.
 
69969 abituriyent (63343-ü Azərbaycan, 6626-sı Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 27490 (24981-i Azərbaycan, 2509-u Rus bölməsinin məzunu) I, 19641-i (17426-sı Azərbaycan, 2215-i Rus) II, 17916-sı (16578-i Azərbaycan, 1338-i Rus) III, 4922-si (4358-i Azərbaycan, 564-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.
 
Bu il ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən 85497nəfərdən 65652 qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.
 
34153 abituriyent V ixtisas qrupuna, 36076-sı isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru