Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Aprel

2017
10:59
487
Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır

Bu gün ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatacaq.
 
Martın 16-dan başlayan sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.

Bu gün saat 10:30-dək 66 564 abituriyent (60080-i Azərbaycan, 6484-ü Rus bölməsinin məzunu) I-IV ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 26016-sı  (23562-si Azərbaycan, 2454-ü Rus bölməsinin məzunu) I, 18810-u (16640-ı Azərbaycan, 2170-i Rus) II, 17029-u (15722-si Azərbaycan, 1307-si Rus) III, 4709-u (4156-sı Azərbaycan, 553-ü Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.
 
Bu saata kimi qeydiyyatdan keçən 66564 abituriyentdən 62785-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək.
 
Saat 10:00-dək 31926 abituriyent V ixtisas qrupuna, 33069-u isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib. (APA)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru