Aktauda Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
13:42
2028
Aktauda Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Tədbirdən öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi, Rusiya prezidenti Vladimir Putini, İran prezidenti Həsən Ruhanini və Türkmənistan prezidenti Qurbanqulu Berımuhammedovu rəsmi şəkildə qəbul edib.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, rəsmi qəbuldan sonra "Xəzər beşliyi"nin rəhbərlik etdiyi heyət Sammitin keçirildiyi zala daxil olublar.

Tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.

Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.

Məqalədə : Xəzər Sammiti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 16:54



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com