Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

25 Noyabr

2016
15:40
1002
Akif Nağı Sumqayıt İcra Hakimiyyətini rüşvətxorluqda ittiham etdi - Prezidentə şikayət

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Sumqayıt İcra Hakimiyyətinin işçilərindən qanunsuz hərəkətləri ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. QAT mətbuat xidmətindən FaktXəbər-ə daxil olan müraciətdə deyilir:

"Məmurların özbaşınalığından əziyyət çəkən vətəndaşlarla bağlı Sizə müraciət etmək məcburiyyətində qalırıq. Məmurlar öz funksiyalarını yerinə yetirmirlər, insanları haqsız yerə incidirlər, vətəndaşların əlləri hər yerdən üzüləndə bizim kimi ictimai təşkilatlara müraciət edirlər. Biz də onların dövlətdən, hakimiyyətdən narazı düşməmələri, cəmiyyətdə dövlətimizə inamın zəifləməməsi, cəmiyyətdə mənfi əhval-ruhiyyənin yaranmaması üçün onların haqlı şikayətlərini Sizə çatdırmağı özümüzə borc bilirik. Məmurların bir qismi Sizin imzaladığınız qanunları, fərmanları, sərəncamları yerinə yetirmirlər, nəticədə vətəndaşlar narazı qalırlar. Konkret olaraq Sizə bildiririk ki, Sumqayıt şəhər sakini Məmmədov Fərhad Nəhmət oğlu ona işlədiyi zavod tərəfindən bağçılıq təsərrüfatı üçün ayrılmış ərazidə ev tikmək istəyir, inşaat işlərinə başlayıb, lakin Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq şöbəsinin əməkdaşları tikintinin aparılmasına imkan vermir, tikinti üçün bütün sənədlərin olmasına baxmayaraq, gəlir, nə tikilibsə uçururlar. Ətrafda hamı tikir, onlara heç nə demirlər,çünki lazımi yerlərə “hörmət” eləyiblər. Fərhad Məmmədova da deyirlər ki,  “hörmətini elə”, sonra tik, eyham da vururlar ki, “hörmət” Sumqayıt icra hakimiyyətinin başçısına çatacaqdır.     

Məmurların bu hərəkətləri Sizin nüfuzunuza xələl gətirir. Siz dəfələrlə fərmanlar, sərəncamlar, göstərişlər vermisiniz ki, insanlara ev tikintisi üçün şərait yaradılsın, süni maneələr törədilməsin. Amma bu acgöz məmurlar Sizin göstərişləri kobud şəkildə pozur, tamahlarını boğa bilmirlər, əyri yollarla vətəndaşları incidirlər. Xahiş edirik ki, bu neqativ halların aradan qaldırılması, günahkar məmurların cəzalandırılması üçün göstərişlərinizi verəsiniz."

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com