Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
14:21
Akif Heydərli: Bütün hallarda xaosu, hərcmərcliyi, insan qətlini rədd edirik

“Hüquq-mühafizə orqanlarının, ümumən dövlətimizin bütün qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının birgə səyi ilə neqativliklər dərhal təhlil olunmalı, istər cinayət hadisələrinin, istərsə də ictimaiyyəti narahat edən digər problemlərin kökü dərhal araşdırılmalı, konkret tədbirlər həyata keçirilməli və əhali obyektiv olaraq məlumatlandırılmalıdır”.

Bu fikirləri Gəncədə baş verən son hadisələrə münasibət bildirərkən Azərbaycan İslam Partiyasının funksioneri, politoloq Akif Heydərli səsləndirib.

Partiya sözçüsü məlum hadisələrlə bağlı bunları deyib: “Gəncə ölkənin ikinci böyük və əhalisi sıx olan şəhəridir. Şəhərin bir məhəlləsində baş verənlərdən digər tərəf sakinlərinin çox vaxt məlumatı olmur. Amma dövlət orqanlarının ayrı-ayrı idarə və müəssisələri, xüsusən hüquq-mühafizə orqanları, bütövlükdə tam olaraq şəhərin istər ictimai həyatına, istərsə də kriminogen vəziyyətinə tam nəzarət etməli, baş verə biləcək xoşagəlməz hadisələri privintiv tədbirlər keçirməklə qarşısını almalıdırlar. Amma çox təəssüflər olsun ki, bir neçə gün əvvəl baş verənlərin nəticəsi olaraq bəzi insanlarda emosiyaların atrdığı şərait ya nəzərə alınmamış, ya da yenə biganəlik göstərilmişdir. Əslində biz əvvəlki hadisə ilə bağlı da fikrimizi bildirmişdik ki, hüquq-mühafizə orqanlarının, ümumən dövlətimizin bütün orqan və təşkilatlarının, qeyri-hökumət təşkilatlarının birgə səyi ilə neqativliklər dərhal təhlil olunmalı, istər cinayət hadisələrinin, istərsə də ictimaiyyəti narahat edən digər problemlərin kökü dərhal araşdırılmalı, konkret tədbirlər həyata keçirtilməli, əhali obyektiv olaraq məlumatlandırılmalıdır”.

Akif Heydərli bildirib ki, əslində Elmar Vəliyevin güllələnməsindən sonra bir qrup insan onu tərifləməyə, digər qrup isə xalqa zülmündən danışmağa başladı: “Hətta millət vəkilləri arasında iki cəbhə yaranmaqla icra başçısının özünəməxsus əməlləri təhlil olunmağa başlandı. Rəsmi orqanlar isə həmişə olduğu kimi, hadisənin köklü səbəblərini araşdırmadan nəticəni ittiham etməyə başladılar ki, bu da emosiyaların daha da qızışmasına gətirib çıxardı. Unutmaq olmaz ki, Azərbaycanımız bir sıra qütblərin həmişə diqqət mərkəzində olub. Regionda nəzarəti ələ keçirmək istəyən qüvvələr ölkəmizin təklənməsində, qonşu dövlətlərlə yaxın və isti münasibətlərə zərər vurulmasında maraqlı ola bilərlər. Bu baxımdan baş verənlərin səbəbləri bir yana qalmaqla onu gah İslam dini və ya dindarlarda, gah da kənar yerlərdə axtarmağa başlayırlar. Bu cür yanaşma isə nə dinimizə, nə də xalqımıza ziyandan başqa heç nə vəd etmir”.

“Bütün hallarda AİP olaraq bir siyasi qurum kimi biz hadisələrin birinci növbədə kökünün araşdırılmasının, ikincisi də, obyektiv və tərəfsiz araşdırılmasının, insanları narahat edən halların qısa zaman kəsiyində aradan qaldırılmasının tərəfdarıyıq və bütün hallarda xaosu, hərcmərcliyi, insan qətlini, ədalətsiz yanaşmaları rədd edirik”./İslaminSesi

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 06:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com