Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Sentyabr

2017
10:08
1120
ÜAK-ın yenidən fəaliyyətinə ümid var - AÇIQLAMA

“Ümumrusiya Azərbaycanlıları Konqresinin yenidən öz işinə davam etməsinə ümid var. Lazım olan sənədlər məhkəməyə yenidən təqdim olunub. Sentyabrın 19-da ÜAK-ın işinə məhkəmədə yenidən baxılacaq”. Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev  deyib.

O bildirib ki, ÜAK ləğv olunsa da, heç bir işçi öz işindən çıxmayıb.

“Rusiyada fəaliyyətimiz dayandırılmayıb. Öz işlərimizin başındayıq. Gündəlik işlərimizi davam etdiririk. Tədbirlər təşkil edirik. İşçilər arasında ixtisar etməmişik. Hər bir işçinin maliyyə məsələsi həll olunur. İş adamları bu vəziyyətimizdə belə bizə dəstək olurlar. Ona görə də hər birimiz işimizin başındayıq”

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib. İyunun 15-də ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, ÜAK 2001-ci ildə yaradılıb.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru