Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Oktyabr

2017
14:12
26850
Ailənin tək övladının cəbhə xəttində hər hansı bir imtiyazı varmı? – EKSPERTDƏN CAVAB

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri Cabbar Zeynalov şəhid olub. Onun ölümü və atasının qüssəli halda olan şəkli sosial şəbəkələrdə böyük müzakirələr yaratdı. Çünki Cabbar ailənin tək övladı idi. 

Bəs görəsən qanunvericilikdə ailənin tək övladının cəbhə xəttində hər hansı bir imtiyazı varmı? Onun arxa cəbhədə xidmət etməsinə şərait yaradıla bilərmi?

FaktXeber.com məsələ ilə əlaqədar hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovdan münasibət öyrənib.

Hərbi ekspert tək uşaqla bağlı qanunvericilikdə imtiyaz nəzərdə tutulmadığını bildirdi: «Hərbi xidmətlə əlaqədar əsas sənəd Konstitusiya və əsgər andıdır. Və bunların heç birində yazılı şəkildə «tək uşaq» və ya «çox uşaq» qeyd olunmayıb. Vətəni qorumaq hər kəsin borcudur və hər bir vətəndaş hərbi andın tələblərini yerinə yetirməlidir». 

Polkovnik bu məsələnin tək sənədlə həll edilməsinin tərəfdarı olmadığını vurğuladı. Onun sözlərinə görə, bəzən elə olur ki, çoxuşaqlı ailələr hansı yolla isə hərbi xidmətə yola düşən övladının ailənin tək oğlu olduğu barədə sənəd təqdim edirlər.

Bununla belə, Şair Ramaldanov rəhbərliyin müəyyən bir şəkildə komandirlərə yerlərdə humanist qərar üçün izn verdiyini dedi: «Əminəm ki, bizim hərbi hissələrdə bu məsələlər müəyyən komandirlərin diqqəti altındadır. Yəni əksər vaxtı onlar çalışırlar ki, ailənin tək övladı olan uşaqlar müəyyən qədər sırf ön xətdə yox, arxada xidmət eləsin. Ancaq bu da komandirlərin bu məsələdən nə dərəcədə xəbərdar olmalarından asılıdır. Ola bilsin ki, onlar uşağın ailənin tək övladı olmasını bilməsinlər və buna da reaksiya verməsinlər.»

«Adətən ailə üzvləri komandirlərə müraciət edərək, onun ailənin tək övladı olduğunu bildirəndə komandirlər o ailənin xeyrinə qərar qəbul edirlər», - deyə ehtiyatda olan polkovnik sözlərini yekunlaşdırdı.

Məqalədə : tək övlad 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru