Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 İyun

2017
10:26
7844
Şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik ediləcək

"Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi".

Bunu Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu gün hələ də summativ qiymətləndirmə ilə bağlı bir sıra problem var: "Bu məsələdə valideynlərin və cəmiyyətin istəyi fərqlidir. Təcrübə onu göstərir ki, valideynlər hər zaman övladının yaxşı qiymət almasını istəyir. Hətta övladının 4 əvəzinə 5 alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Lakin onlar bəzən qiymətləndirmənin mahiyyətindən uzaqlaşırlar. Yavaş-yavaş şagirdin qiymət "dava"sından uzaqlaşmaq lazımdır".

O, həmçinin qeyd edib ki, bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulur: "Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını da təmin etmək lazımdır".(Report)

Məqalədə : Təhsil Şagirdlər  
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru