Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

15 Mart

2017
11:38
355
Afinada müxalifət liderinin mağazası yaxınlığında partlayış

Afinada müxalif «Yeni Demokratiya» mühafizəkarlar  partiyasının vitse-prezidenti  Adonis  Georgiadisin  kitab mağazasının yaxınlığına əldəqayırma partlayıcı qurğu işə düşüb. FaktXəbər-in  RİA Novosti-yə istinadla verdiyi məlumata görə, naməlum şəxs gecə saat 02.20-də zougla.gr saytının redaksiyasına zəng edərək  deputat  Georgiadisə məxsus  kitab mağazasının yaxınlığına bomba qoyduğunu xəbər verib. Ərazi polis tərəfindən mühasirəyə alınıb, prospektə giriş isə bağlanıb.

Partlayış doğrudan da baş verir. Dəmir jalüzlərlə bağlı olan  mağazaya demək olar ki, zərər dəyməyib. 

Hadisə yerindən 3 partlayan və 5 partlamayan qaz ballonu aşkarlanıb. 

Qeyd edək ki, Adonis  Georgiadis əsas müxalifət liderlərindən biridir. O, nazir vəzifələrində də olub. Georgiadis mütəmadi olaraq hakim partiyanı tənqid edir. Onun Afinanın mərkəzində yerləşən kitab dükanını isə dəfələrlə yandırmağa cəhd ediblər.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru