Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Mart

2017
14:37
539
AFFA "Qəbələ" klubunun rəsmi şəxslərinə ağır cəza kəsib - 38 200 MANAT

AFFA İntizam Komitəsi "Qəbələ" rəsmilərinə ağır cəza kəsib. FaktXəbər-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Kəpəz” – “Qəbələ” görüşündəki hüquq pozuntularına qiymət verən qurum üzvləri qərarları açıqlayıblar.

Oyunun birinci hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmiləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə onların oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8 000 manat cərimələnib.

Həmçinin “Qəbələ” klubunun digər nümayəndəsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, kluba 8 000 manat məbləğində cərimə kəsilib. Eləcə də klubun digər rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klub isə 16 000 manat cərimə olunub.

“Qəbələ” klubunun həkimi Namiq Hüseynov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 4 000 manat cərimələnib.

Oyunun 38-ci dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3 200 manat cərimələnib.

Matçın 38-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Nika Kvekveskiri rəqib oyunçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, kluba 2 400 manat cərimə kəsilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru