Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
13:41
315
ADP-nin sədr müavinləri ABŞ diplomatı ilə görüşüb

Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov və partiya sədrinin müavini Taliyyət Əliyev Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyində olublar.

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə bildirilib ki, səfirlikdə Siyasi İşlər Üzrə müşavir Uilyam Solley ilə baş tutan görüş zamanı Azərbaycanda ictimai siyasi vəziyyət və son zamanlar partiya üzvlərinə qarşı hakimiyyətin həyata keçirdiyi repressiv addımlar barədə müzakirələr aparılıb.

ADP sədr müavinləri Bakıda keçirilmiş dinc aksiyaya qatılan partiyanın rəhbər şəxslərinin müxtəlif bəhanələrlə polis idarələrinə çağırılması, orada saatlarla saxlanması, psixoloji və mənəvi təsirlərə məruz qoyulması, dövlət sektorunda çalışanların qeyri-qanuni olaraq işdən kənarlaşdırılması və s. bu kimi hərəkətlərin insan hüquqlarına dair beynəlxalq konvensiyalara və ölkə Konstitusiyasına tamamilə zidd olmasını ABŞ diplomatının diqqətinə çatdırıblar.  

Məqalədə : ADP 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru