Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Sentyabr

2017
13:02
1431
ABŞ səfiri Azərbaycana sanksiya məsələsindən danışıb

Amerika Birləşmiş Ştatları “Turan” İnformasiya agentliyinin baş direktoru Mehman Əliyevin həbsdən azad olunamsına dair Azərbaycan hökumətinin qərarını müsbət addım hesab edir. Bunu ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib.

“Biz Mehman Əliyevin azad olunmasını müsbət dəyərləndiririk və bunun insan haqları və demokratiya məsələlərində müsbət siqnal olacağına inanırıq”, - R.Sekuta cümə axşamı jurnalistlərə bildirib.

FaktXəbər-in məlumatına görə, Sekuta Vaşinqtonun enerji sahəsində Bakı ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu da qeyd edib: “Yeni yataqların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlığın davam etməsini gözləyirik.”

Səfir həmçinin senator Riçard Durbinin Senata Azərbaycanın bəzi rəsmi şəxslərinə sanksiya tətbiqini nəzərdə tutan layihə təqdib etməsinə də toxunub: "Sanksiyaları nəzərdə tutan belə bir layihə var. O hazırda ilkin mərhələdədir və hələ ki, layihə olaraq qalır."

Məqalədə : Robert Sekuta 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru