Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 İyun

2017
11:30
278
ABŞ koalisiyası Suriya Silahlı Qüvvələrinin təyyarəsini vurub

ABŞ başda olmaqla Koalisiya Qüvvələri bazar günü Rəqqada Suriya HHQ-nin təyyarəsini vurub. FaktXeber.com-un məlumatına görə, bu barədə SANA informasiya agentliyi xəbər yayıb.

«Rəqqa şəhəri yaxınlığında İŞİD-ə qarşı hərbi tapşırığı yerinə yetirən təyyarəmiz vurulub», - deyə Suriya Müdafiə Nazirliyi xəbər verib.

Qurum bildirir ki, pilotun taleyi barədə məlumat yoxdur.

Rəsmi Dəməşq təyyarənin vurulmasını Suriya ordusu və müttəfiqlərinin  uğurları fonunda nümayiş olunan məqsədyönlü təcavüz kimi qiymətləndiriblər.

«Bu göstərir ki, ABŞ və onun koalisiya müttəfiqləri  terrorçulara dəstək verir», - deyə Müdafiə Nazirliyində vurğulanıb.

Xatırladaq ki, aprelin əvvəlində ABŞ Aralıq dənizindən öz gəmilərindən Suriya ordusunun bazasına 59 «Tomoqavk» raketi atmışdı. 

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru