Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Aprel

2017
21:54
638
Abituriyentlərə əlavə vaxt verildi - VİDEO

Dövlət İmtahan Mərkəzi əlavə ixtisaslar seçmək üçün abituriyentlərə yenidən imkan yaradıb. Belə ki, Dövlət İmtahan Mərkəzi elektron ərizə qəbulunda bir ixtisas seçən abituriyentlərə əlavə olaraq texnikumlara da sənəd vermək üçün elektron qeydiyyat müddətini may ayının 22 -nə qədər artırıb. Bundan əlavə abituriyentlər həmin müddət ərzində ixtisaslarında da dəyişiklik edə bilərlər.

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etmək istəyən abituriyentlər də qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.

16 mart - 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər may ayının 22 -nə qədər qeydiyyatdan keçməlidirlər, çünki sənəd qəbulunun müddəti növbəti dəfə uzadılmayacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru