Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Aprel

2017
09:59
924
Abşeronda iki avtomobil piyadanı vuraraq öldürüb - FOTO

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı-Sumqayıt şosesinin Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyən təxminən 40-45 yaşlı kişi "50-CV-299" dövlət qeydiyyat nişanlı "Mercedes A Class" markalı avtomobil tərəfindən vurulub.

Zərərçəkən zərbənin təsirindən arxada hərəkətdə olan "90-TF-811" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin altına düşüb. Nəticədə piyada hadisə yerində ölüb. Tanınmaz hala düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən və bunda iştirakı olan avtomobili cərimə meydançasına aparıblar. Sürücülər saxlanılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2017 20:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru