Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
09:37
747
Abdulla və bacısı Bakıya gətirildi - Rəsmi açıqlama

İraqdakı uşaq evlərindən birinə gətirilmiş 4 yaşlı azərbaycanlı Abdulla və bacısı Xədicə Azərbaycana gətirilib. Faktxəbər-in verdiyi məlumata görə, bu haqda məlumatı virtualaz.org yayıb. Sayt bildirib ki, uşaqlar Xarici İşlər Nazirliyinin xətti ilə gətirilib.

Xatırladaq ki, ilkin ehtimala görə, İŞİD-ə qoşulan Xədicə ilə Abdullanın valideynləri öldürülüblər. 

***

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, adıçəkilən uşaqlardan yalnız biri ölkəyə gətirilib:

“Birincisi, qeyd olunan Xədicə adı dəqiq deyil. Biz hazırda onunla bağlı identifikasiya işləri aparırıq. Amma Azərbaycanın İraqdakı səfirliyinin müşayiəti ilə Abdulla adlandırılan azərbaycanlı azyaşlının dünən axşam saatlarında vətənə gətirilməsi təmin olunub.

Onun gətirilməsi üçün İraq tərəfi ilə rəsmi yazışmalar, müvafiq sənədləşmə işləri aparılıb. Bu, ölkə qanunvericiliyinə uyğun həyata keçirilib. Hazırda uşaq nazirliyin nəzarətindədir və onun qohumlarına təhvil verilməsi üzərində iş aparılır”. 

Məqalədə : İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru